ABŞ-ın Virciniya Universiteti alimlərinin gəldiyi qənaətə görə, yeniyetmə yaşlarında sədaqətli dostları olan adamlar həyəcan və depressiya əlamətləri ilə çox az rastlaşırlar. “Zee News” xəbər verir ki, tədqiqatda 7 və 8-ci siniflərdə oxuyan 171 şagird iştirak edib.
Alimləri könüllüləri 13 yaşdan 27 yaşadək müşahidə ediblər. 13-17 yaşlı məktəblilər anket dolduraraq, yaxşı dostlarının sayı barədə məlumatları mütəxəssislərlə bölüşüblər. Anketlərdə dostluq münasibətlərində etimad dərəcəsi, kampaniyaya uyğunlaşmaq meyli qiymətləndirilib. Sınaqda iştirak edənlər 25-27 yaşlarında müayinə olunublar.
Alimlər başqa xəstəliklərdən danışmırlar. Amma psixi pozuntuların orqan və sistemlərin əksəriyyətində xəstəliklərə səbəb olması artıq elm tərəfindən sübuta yetirilmiş faktdır.