20151130035752-70020-6

Onurğanız ağrıyırsa… – Ayağınızı masaj edin

Baxış sayı: 2. 165

Bu çox maraqlıdır… Necə olur ki, insanın onurğası ağrıyır, ayağının altını masaj etməklə bu ağrıdan xilas olur.

Bu necə baş verir? Səbəb nədir?

Gencaile.az sizə bu ağrılardan xilas olmaq üçün üsul təqdim edir:

Necə olur ki, ayağın altını masaj etməklə, onurğadakı ağrıları dəf etmək olur? Ümumiyyətlə, ayağın altında orqanlara siqnal ötürən nöqtələr var. Onurğa sütununa gedən siqnal baş barmaqdan dabana kimi olan uzun nazik hissədir. Bu hissəni masaj etməklə, bütün yorğunluq, onurgada ağrı hamısı dəf olacaq. Bunu hər kəs özü edə bilər. Oturmuş halda ayaqda onurğa nahiyyəsi tapılır və baş barmaqla massaj edilir. Onurğanın hansı yeri daha çox ağrıyırsa, o nahiyə masaj edilir. Belə ki, onurğada boyun, döş, bel hissələrinə bölündüyü kimi, ayağın altında bu cür bölünüb. Hətta onurğada əyrilik varsa, bu ayağın altında öz əksini tapıb. İlk masajdan əlamətlər hiss olunacaq.

Onurğa problemi adətən əyripəncə uşaqlarda daha çox olur. Ona görə, 1 yaşından bu problemlə üzləşən valideyinlər övladlarını masaja, quma, ayaqyalın velosiped sürməyə sövq etmək lazımdır. Həmçinin uşaqlara ortopedik yaxud supinatorlu ayaqqabılar geyindirmək lazımdır. (atv.az)

20151130035749-85269-6




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir