Tayvanda Lin Şih-Pao adlı bir sənətkar maraqlı bir ilkə imza atıb.
Sənətkar 25 min ədəd mobil telefondan istifadə edərək qeyri-adi avtomobil hazırlayıb. Lin Şih-Pao bildirib ki, bunu etməkdə məqsədi insanları ətraf mühitə qarşı diqqətli olmağa çağırmaqdır. Sənətkar 4 ay çalışaraq əldə etdiyi bu qeyri-adi sənət əsərini atılmış mobil telefonlardan istifadə edərək normal avtomobil ölçülərində hazırlayıb. 53 yaşındakı tayvanlı bu avtomobili hazırlamaq üçün dünyanı gəzərək köhnə və atılmış mobil telefonlar toplayıb. Daha sonra telefonları avtomobil şəklindəki taxta çərçivəyə yapışdıraraq məqsədinə çatib. Məqsədinin zibil yığınının müasir sənət əsərinə necə çevrilə biləcəyini göstərmək olduğunu bildirən sənətçi əlavə edib ki, bu zibildən hazırlanan müasir bir sənət əsəridir: “Bunu bir heykəl kimi yavaş-yavaş 4 ay ərzində işlədim. Siz də belə etməklə bu sənəti ənənəvi modern bir sənətə çevirə bilərsiniz”. Hazırlanan əsər təxminən 2 ton ağırlığındadır. Bunun yarım tonunu mobil telefonlar təşkil edir. Lin Şih-Pao əsərini öz oxuduğu liseydə təqdim edib satmağı düşünür.