Facebook

2015-ci ilin son statusları – TANINMIŞLAR NƏ YAZIR?

Baxış sayı: 1. 870

Son illər həyatımızın ayrılmaz parçasına çevrilmiş “Facebook” 2015-ci ildə də ən çox müraciət etdiyimiz sosial şəbəkə oldu. Qələm əhli mətbuatda, kitablarda ürəyini boşaltmaqla “sakitləşməyib” bu şəbəkədə də düşüncələrini aktiv şəkildə bölüşdü.

2015-ci ilin sonuncu 10 statusunu toplamışıq. Buyurun, maraqlı gələcək:

Vüsalə Vahidqızı, teleaparıcı:

–        Bütün kədərlərə, bütün faciələrə və itkilərə, eyni zamanda bahalaşma burulğanına baxmayaraq bayramlar təbrik olunur. BAYRAMINIZ MÜBARƏK!

Azər Qismət, jurnalist:

–         Sidi təblik ediləm. Yeni iliniz mubalək.

(Əli Mireliyevin Yeni il tebriki)

Rahil Sayadoğlu, teleaparıcı:

–         Dostumuz deyir ki, Türkiyədən dərman gətirmişdim. Bizim pulla 20-25 manata başa gəlmişdi. Amma hava limanından buraxmadılar. Sözlərindən belə çıxıb ki, “bu dərman Bakıda satılırsa, niyə Türkiyədən alırsan?” Deyir, gəldim Bakıda soruşdum, həmin dərmanı 105 manata satırlar. Monopoliya xərçəng olub keçib bu xalqın canına. Sağalda bilənlərin də vəziyyəti göz qabağında.

Əvəz Həsənov, QHT rəhbəri:

–        Köhnə ilimizi bir təhər başa vururuq. Bizə olunan inamsızlıqlar fonunda bəla vətəndaş cəmiyyəti yaşadı. Amma sınmış ümidləri, dağılmış şəbəkələri bərpa etməyə illər lazım olacaq. 2015-ci ildə həmrəy ola bilmədik, bir-birimizi dəyərləndirə bilmədən həmrəy ola bilməzdik. 2016-ci ildə heç olmasa insanları dəyərləndirməyi öyrənsək, bu, bizim kiçik addımımız olar. Yeni ildə inamlı addımlar ümidi ilə yeni ilinizi təbrik edirəm. Yeni iliniz mübarək!

Günay Yelmarqızı, teleaparıcı:

–        Zakir Həsənov: “Azərbaycan ordusu 2016-cı ilə “Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaq” şüarı ilə başlayacaq” !!!.

Azər Qəribov, teleaparıcı:

Çox qəliz il oldu 2015. Amma şəxsən mənim üçün həm də maraqlı və hadisələrlə zəngin.

Bir neçə səfərlərdə oldum, 83-cü ölkəm olmuş Tanzaniyaya baş çəkdim, Ukraynada mənim üçün mühüm olan bir layihəni başa çatdırdım və iki dəfə savab qazandım.

Birinci savabı Wizz Air ətrafında diskussiyalara təkan verəndə qazandım, ikinci savabı motosikletlərin müdafiəsinə qalxanda. Wizz Air qayıdır, motosiklet qadağası da ləğv edildi.

Əlbəttə, bu bütün cəmiyətin nailiyətidir, amma zərrə qədər də olsa, mənim də rolum oldu və bundan məmnunluq duyuram, təvəzökarlıqdan uzaq olsa da.

Bütövlükdə deyə bilmərəm, yaxşı il oldu, ya pis, həm ondan oldu, həm bundan. 2016 necə olacaq, bunu zaman göstərər.

Mənim sizə arzularım isə – bu dollar mollar boş şeylərdi, əsas canınız ağrımasın, yaxınlarınız və əzizləriniz salamat olsun, qalanı düzələr, İnşallah.

Biz o qədər çətinlik görmüşük ki, 80-cı illərdən bəri, bunlar toya gedəsidir.

Qoy 2016-cı il sevinclə dolu olsun, elə sevinəsiz, elə sevinəsiz, dünən dolları 1.60 tapanlar nətər sevinirdilərsə, bax elə.

Tak şto, Həppi Nyu Yia sizlərə!

Cəlil Cavanşir, yazıçı:

–        Müdrik el ağsaqqallarının məsləhətinə ehtiyacım var. Deməli, təxminən 28970 manat pulum var. Sizcə onu dollara çevirim, yoxsa avroya?….Şaka, şaka… Deyirəm, bayram günləri hansı içkidən içsəm yaxşı olar?

Şərif Ağayar, yazıçı:

–        Bəzi adamlar Röyanın açıq-saçıq şəkillərini elə milli-mentalitet ahəngiylə paylaşır ki, guya soyunan bir artist deyil də, hansısa məscidin axundudur.

Dilqəm Əhməd, yazıçı:

Yeri gəlmişkən, Sovet hökuməti qurulanda Yeni il bayramı ləğv edilmişdi. 30-cu illərdən sonra yavaş-yavaş bərpa olundu.

Daha ətraflı bu gün Lider TV-də arxiv görüntüləri ilə hazırlanmış veriliş olmalıdır.

Şəhriyar Del Gerani, şair:

–        deməli belə:

bir cəsarətli xanım çıxıb evlilik təklifi etmədi. Ki, 2016-ya qapımızın ağzında iki cüt ayaqqabıyla, güzgümüzün qabağında iki növ daraqla, qoşa diş fırçasıyla, odamızın bir köşəsindəki bəzəkli beşiklə keçək. eybi yox, biz də pişik saxlayarıq, gitara öyrənərik, şeir yazarıq, mahnı oxuyarıq, içərik, sərxoş olarıq. Və başqa dillərdə sevərik əcnəbi qadınları, başqa şəhərlərdə üşüyərik, başqa yağışlarda islanarıq. ey təki siz də üzərində ox batmış ürək şəkli təsvir olunan fincanlarınızdakı çayı unudub soyutmayasız. başqa heç nə…

Topladı:  El Bektaş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir