Kişilər necə qadınla evlənmək istəyir?

Baxış sayı: 1. 581

Hər bir qadın röyalarının kişisini tapıb evlənmək istəyir. Lakin bu o qədər də asan deyil. Buna görə məsləhətlərə əməl edin və kişilərin ciddi münasibət qurmaq istədiyi qadınlar haqqında məlumata sahib olun.

1. Öz həyatınız olmalıdır və öz ayaqlarınız üzərində durmağı bacarmalısınız. Sosial həyatını sevdiyi kişiyə görə qurmayan qadınlar güclü qadın imici yaradır. Bu isə kişiləri ən az xarici gözəllikləri qədər təsirləndirir. Üstəlik sadəcə sevgilinizlə deyil, ailəniz və dostlarınız da vaxt keçirmək münasibətləriniz üçün yaxşı olur.

2. İlk addımı atan siz olmayın – bu çox müzakirə olunan məsələlərdən biridir. Lakin nəticə eynidir. Buna görə “qaçanın arxasınca düşərlər” məsəlini yaddan çıxarmayın. Əgər ilk addımı atıb və görüşü siz təyin etsəniz, sizinlə həqiqətən maraqlandığını və ya fürsətdən istifadə etmək istədiyini heç vaxt öyrənə bilməyəcəksiniz.

3. Seksual olun – sevginizin çiçək açdığı ilk günlərində və flirtin gözəl olduğu zamanlarda nə çox utancaq olmalı, nə də ki, çox açıq olmasınız. Aşırı açıq geyim isə geyinmək olmaz. Çünki sizi ciddi bir xanım kimi qəbul edə bilməyəcək.

4. Dəyər verdiyinizi göstərin – ona verdiyiniz dəyəri göstərmək üçün bahalı hədiyyələr almaq lazım deyil. Gündəlik işlərdə ona bacardığınız yardımı edin və xoş davranın. Bu kişilər üçün ən böyük hədiyyədir.

5. Ona dəstək olun – dostlarının ya rəhbərinin yanında onu tərifləyin və dəstək olun. Etdiyi zarafatlara isə hər zaman gülümsəyin.

6. Təzyiq göstərməyin – gün ərzində onu axtarmaq, ya da gələcəyə dair planlar qurmaq istəyə bilərsiniz. Bu kimi hərəkətlər kişinin sizdən uzaqlaşmasına gətirib çıxara bilər. Hər şeyi ona demək məcburiyyətində deyilsiniz, sizinlə görüşmək üçün onsuz da özü planlar quracaq. əlbəttə ki, sizi həqiqətən sevirsə…

7. Güzəştə çox getməyin – məqsdələrinizi və istəklərinizi hər zaman güzəştə getməyin. Təbii ki, səhv hərəkətlərini də görməzdən gəlməyin. Əgər aldatdığı halda sizin onu bağışlamaycağınızı bilsə, xəyanət etməkdən qorxacaq və sizə daha çox hörmət edəcək.

8. Ən yaxşını seçin – hər zaman dürüst və güvənilən insanlara qiymət verdiyinizi bilməlidir. Həyatınızda ancaq yaxın insanlara yer verdiyinizi hiss etdirin. Siz ona hara getdiyinizi yalan desəniz, ondan da eyni davranışı gözləyə bilərsiniz.

9. Sevgi qadını olun – evlilik üçün əsas bağlılığın sevgi olduğunu düşünürsüzsə, bunu onun da bilməsini təmin edin. Onunla pul, inam, ya da şöhrət üçün birlikdə olmadığınızı hiss etdirin. Beləcə onun sizə inamı daha da artacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir