Ailə həkimi — hər yaşda olan insanların (uşaq, böyüklər və yaşlılar daxil olmaqla) sağlamlığı ilə məşğul olan həkimdir. O, həm xəstəliklərin müalicəsinde, həm də onların qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ailə həkimi, xəstəni bir insan kimi bütöv şəkildə fiziki, psixoloji və sosial baxımdan nəzərdən keçirir və ona uzunmüddətli tibbi yardım göstərir.
Ailə həkiminin əsas vəzifələri:
1) Profilaktik tədbirlərin təşkili:
Müxtəlif xəstəliklərin qarşısını almaq üçün peyvəndlər, müayinələr və sağlam həyat tərzi tövsiyələri verir.
2) Xroniki xəstəliklərin izlənməsi və müalicəsi:
Məsələn, şəkərli diabet, hipertoniya, astma, qalxanabənzər vəz xəstəlikləri və s. kimi problemləri daimi nəzarətdə saxlayır.
3) İlkin diaqnoz və müalicə:
Pasiyentin ilkin şikayətlərinə əsasən müayinə edir, lazım gəlsə analizlər yazır və ya ixtisaslı mütəxəssislərə yönləndirir.
4) Uşaq və qadın sağlamlığına nəzarət:
Uşaqların inkişafını izləyir, hamiləlik dövründə qadınlara ilkin tibbi yardım göstərir.
5) Ailədə ümumi sağlamlıq vəziyyətinə nəzarət:
Bütün ailə üzvlərinin sağlamlıq tarixçəsini tanıdığı üçün xəstəlikləri daha erkən mərhələdə aşkar edə bilir.
6) Psixoloji dəstək:
Ailə həkimi bəzən stres, depressiya və digər psixoloji problemlərlə bağlı da ilkin yardım göstərə bilər.
Ailə həkiminin üstünlükləri:
Eyni həkimin illərlə bir ailə ilə çalışması pasiyent-həkim etibarını artırır.
Müxtəlif yaş qruplarına xidmət göstərdiyinə görə, tibbi xidmətlər daha rahat və əlçatan olur.
Ailədəki genetik xəstəliklər və həyat tərzi riskləri barədə məlumatlı olur və buna uyğun tədbirlər görür.
Nəticə olaraq ailə həkimi, cəmiyyətin sağlamlıq sistemində mühüm yer tutur. Onun işi yalnız müalicə ilə məhdudlaşmır, həm də xəstəliklərin qarşısının alınması, ailənin sağlam həyat tərzinə təşviqi və psixoloji dəstəyin təmin edilməsini əhatə edir. Hər bir ailənin etibar edə biləcəyi bir ailə həkiminin olması uzunömürlü və sağlam həyat üçün vacibdir.Son olaraq vətəndaşlara tövsiyəmiz odur ki, sağlamlıqlarını vaxtında qorumaq və mütəmadi tibbi nəzarətdə olmaq üçün yaşadıqları ərazi üzrə poliklinikalarina müraciət etsinlər və ailə həkimləri ilə tanış olsunlar. Bu, həm daha operativ, həm də daha səmərəli tibbi yardım almağa imkan yaradar.
Pediatr Qönçə Nəbizadə
(Mütəxəssislə 055 513 12 16 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)
Sizce aile hekimleri vezifesini yürine yetirir yoxsa dovlet xestexanasindakı kimi gozu xeste yaxinlarının cibinde qalir?
Vallah menim de aile həkimim var, cox rahat edir. Hemise eyni həkimle işlemek, hele də ailənin butun uzvleri ucun cox yaxsidır. Bizim aile ucun bu çox ehemiyyetli oldu, cunki hekim artiq hamimizi taniyir, her hansı bir problemle uzlesende birbasa ona muraciet edirik.
“Menim də hamiləlik dövrümün əvvəlindən ailə həkimim mənə çox kömək etdi. Hətta vacib testləri unutmadım, çünki o, hər şeyi vaxtında xatırladır. Uşağımın sağlamlığı ilə bağlı da daim yoxlamalar aparılır. Ailə həkimi hər zaman yaxın olmalıdı.”
Menim de ailə həkimim var, çox rahatdır. O, həm xəstəlikləri müalicə edir, həm də bizə düzgün həyat tərzini göstərir. Uşaqlarımla bağlı həmişə məlumatlıdır, bilmək lazımdır ki, uşaqlar üçün bir həkim çox vacibdir.