Zumrud Haqverdiyeva

Ailə qurmamışdan öncə nələrə diqqət etmək lazımdır? – “SEANS VAXTI”

Baxış sayı: 490

Ailə həyatına qədəm qoymazdan əvvəl tərəflər nələr diqqət etməlidir ki, nigahların uzunmüddətli olsun?

1) Valideynləriniz bu nigahı nə qədər dəstəkləyir? Bəzən cütlüklər bunu nəzərə almırlar və qeyd edirlər “Bizə əsas özümüzün fikirləri önəmlidir. Mən onun ailəsi ilə evlənmirəm”. Nəzərdən qaçırmaq olmaz ki, məhz bu faktorun da böyük təsiri vardır. Əgər ailələr arasında narazılıqlar və çaxnaşmalar varsa, mütləqdir ki, bu cütlüklərə də mənfi təsiri olacaqdır. Onun üçün əgər valideynlərin hər hansı narazılığı varsa, onları buna hazırlaşdırmaq gərəkdir.

2) Büdcəni idarə edə bilirsinizmi? Pulu qazanmaq çox asandır, lakin xərcləmək çox çətindir. Bəzən tərəflərdən hər hansı birinin qeyri-düzgün pul xərcləməsi, və yaxud pul xərcləməkdən xəsislik etməsi, cütlüklər arasında narazılığa səbəb olur.

3) Yalanlar olubmu? Kiçik yalanlar belə bura daxildir. Əgər münasibətinizdə yalanlar olubsa, bu zaman yenidən baxış edin. Amma unutmaq olmaz ki, yalan olursa, özünüzə də nəzər edin. Çünki, qarşı tərəf sizi itirmək yada sizdən qorxusu olduğu üçün yalana baş vurur. Onun üçün partnyorunuza açıq qapı qoyun və Sizə rahatlıqla hansısa mövzuda fikirlərini ifadə edə bilsin.

4) Sevginiz olsa belə, qarşınızdakı insanla düzgün danışıq apara bilirsinizmi? Bu çox önəmli məqamdır. Bölüşəcəyiniz mütləq ki mövzular, hadisələr olmalıdır. O insanla düzgün müzakirə aparmağı bacarmağınız lazımdır.

5) Empatiya qurmağı bacarırsınızmı? Və ya bacarırmı? Mütləq ki, hər iki tərəf bunu bacarmalıdır. Bu qarşınızdakı insanı düzgün anlamağa, dəyər verməyə səbəb olacaqdır.

6) Hər kiçik problemdə ayrılıq qərarı alırmı? Bu baş verirsə, yetərincə yetişkin olaraq formalaşmayıb deməkdir. Bir münasibəti uzunmüddətli olması üçün hər iki tərəf şəxsiyyət olaraq tam formalaşmalıdır.

7) Qədərində fədakarlıq etmək. Ümumiyyətlə bir münasibəti davam etdirmək üçün bəzən fədakarlıq etmək lazımdır. Təbii ki bu təktərəfli olmur.

aile

Ümumiyyətlə münasibətinizə bir baxış etməyiniz üçün, sizə kömək olası bəzi sualları qeyd edəcəm. Sualları oxuduqdan sonra özünüzdə bu suallara cavab tapıb və üzləşin gerçəklərlə.

1) Ən çətin anınızda yanınızda olmağını istədiyiniz şəxs, yanınızda olan şəxsdirmi?

2) Yanındakı şəxslə, rahatlıqla istənilən mövzuda danışa bilirsinizmi?

3) Danışdığınız zaman hər zaman onun istədiyi mövzularmı olur?

4) Onun yanında olduğunuz kimi davrana bilirsinizmi?

5) Sizin fikirlərinizi ciddiyə alırmı?

6) Bu münasibəti yekunlaşdırsan, onsuz heç zaman xoşbəxt olmayacağınızı düşünürsünüzmü?

7) Mübahisə zamanı, Sizin şəxsiyyətinizə toxunacaq ifadələr işlədirmi?

8) Sizin duyğularınıza önəm verirmi?

Bu suallar yalnız xanımlar üçün deyil, bəylər də öz münasibətlərinə nəzər yetirməsi üçün köməkçi vasitədir.

Özünüzə dəyər verin. Gerçəklərlə üzləşməyin zamanıdır.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir