Ulviyye Efendiyeva

“Autizm sindromlu uşaqla iş zamanı ilk növbədə…” – PSİXOPEDAQOQLA MÜSAHİBƏ

Baxış sayı: 715

“Gencaile.az” saytı Psixopedaqoq, loqoped, CBT terapisti, təlimçi Ülviyyə Əfəndiyevanın müsahibəsini təqdim edir.

 

– Ölkəmizdə nitq qüsuru olan uşaqlar sürətlə artır. Sizcə, bu problemin səbəbi nədir?

– Ölkəmizdə nitq qüsuru olan uşaqların sayı günü – gündən artır. Bunun səbəbləri çoxdur. Nitq qüsurlarının yaranması endogen (daxili), ekzogen (xarici) səbəblərdən yaranır. Bu da orqanik, funksional və sosial- psixoloji səbəblərdən qaynaqlanır. Orqanik səbəblərə – bətndaxili, doğuş zamanı və doğuşdan sonrakı dövrdə beynun inkişafdan qalması və zədələnməsi aiddir. Funksional səbəblərə – mərkəzi sinir sisteminin oyanma və tormozlanmasının pozulması aiddir. Sosial-psixoloji səbəblərə ətraf mühitin əvəzolunmaz təsiri aiddir. Nitq qüsurlarının yaranması səbəblərinə – hamiləliyin 4 həfləliyindən 4 ayına qədərki dövründə dölün inkişafının pozulması zamanı, hamiləlik dövründə toksikoz, viruslu və endokrin xəstəliklər, travma, rezurs faktoruna əsasən qan uyğunsuzluğu; doğuş zamanı yaranmış doğuş travması, asfiksiya; uşağın ilk yaş dövründə tez – tez xəstəliklərə yoluxması, mədə- bağırsaq pozuntusu, beyin silkələnməsilə müşahidə edilən kəllə travması, irsi faktorlar, əlverişsiz sosial mühit- hiperhimayə , pedaqoji baxımsızlıq aid etmək olar.

ULVIYYE EFENDIYEVA

–  Nitq qüsurları içərisində ən geniş yayılanları hansıdır?

– Son zamanlar nitq qüsurlu insanlara çox rast gəlinir. Mənə olunan müraciətlərə əsasən deyə bilərəm ki, hal-hazırda dislaliya, kəkələmə, disleksiya, disqrafiya diaqnozlu uşaqlar daha çoxdur. Dislaliya – normal eşitmə və nitq aparatının normal inervasiyası (sinirlərlə təchiz olunması) zamanı mövcud olan səs tələffüzünün pozulmasıdır. Dislaliyanın iki növü var. Mexaniki dislaliya – periferik nitq aparatının- sümük – əzələ quruluşunun deffekti nəticəsində əmələ gəlir. Bunlar: progeniya(alt çənənin önə çıxması), proqnatiya(üst çənənin önə çıxması); yan dişləm, ön dişləm, dişlərin aralı və ya çox sıx düzülüşü, damağın enli və ya dar olması, dodaqların qalın, alt dodağın sallaq olması, dilin böyük və ya nazik olması, dil qədəhinin olması. Funksional dislaliya – somatik xəstəliklərlə bağlı uşağın fiziki zəifliyi, fonematik qavramamın inkişafdan qalması, yalnış tərbiyə üsulu, hiperhimayə, pedaqoji baxımsızlıq , imitasiya, ailədə iki dillilik və s aiddir. Kəkələmə – ən ağır nitq deffeklərindən biridir. Nitq aparatının əzələ qıc olması vəziyyətilə şərtləndirilmiş, nitqin temporitmik tərəfinin pozulmasıdır. Kəkələmə funksional və orqanik səbəblərdən yaranır. Funksional səbəblərə tez – tez rast gəlinir: nitq yükünün çox ağır olması (yaşına uyğun olmayan, böyük həcmli şeir, nağıl, qəzəllərin öyrənilməsi, kəkə insanı yamsılama, ağır məişət şəraiti və s.aiddir. Orqanik səbəblərə  istənilən haş dövründə təsadüf edilir. Mərkəzi sinir sisteminin orqanik zədələnməsi ilə bağlıdır. Buna ağır beyin xəstəlikləri, travma, bir sıra infeksion xəstəliklər səbəb ola bilər. Zədələnmə beyində oyanma və tormozlanma proseslərinin deffekti nəticəsində əmələ gəlir. Oyanma daha aktiv olur. Disleksiya oxu qabiliyyətinin qismən pozuntusudur, oxu qabiliyyətinin tam pozuntusu  Aleksiya adlanır. Hərflərin tanınması, onların hecalarda birləşməsi, hecaların sözlərdə birləşməsi ilə bağlı çətinliklər, oxu qabiliyyətinin ləngiməsinə, sadə mətnin səhv başa düşülməsinə səbəb olur. Bunu oxumağa təzə başlayan uşaqlara aid etmək olmaz.

Yazı qabiliyyətinin pozuntusu isə disqrafiyadır. Burada uşaqlar yazarkən hərflər əlavə edir , ya ixtisar edir, rəqəmləri , hərfləri tanımaqda çətinlik çəkir, sağ , sol, aşağı, yuxarı istiqamətləri səhv salır və s.

 

– Təəssüf ki, nitq qüsuru ilə paralel olaraq eşitməylə bağlı da problemə geniş şəkildə rast gəlirik. Bu halda müalicə üsulu necə aparılır?

– Eşitməsində problem olan uşaqlarda da nitq qüsurlarına rast gəlmək olar. Bu sahə ilə Tiflo Pedaqoqika sahəsinin mütəxəssisləri məşğul olur

ulviyye efendiyeva

– Danışığın gecikməsi hansı yaşdan sonra problem hesab olunur və hansı neçə yaşa qədər müalicə ilə aradan qaldırıla bilər?

– İnkişaf mərhələri :

0-6 ay-qığıldama dövrüdür. Bu dövrdə uşaq müəyyən hecaları ifadə etməyə çalışır.

6-12 ay- hecaları birləşdirməyə çalışır, ətrafda eşitdiyi səsləri təqlid edir. əsasən ata,ana kimi birhecalı sözləri ifadə edə bilir.

12 – 18 ay- artıq sadə və ikisözlü cümlələr qura bilir.Məsələn,”Ana gəl” ,” Su ver””Ata get” və s. Uşağın bu dövrdəki söz xəzinəsi təqribən 5-25 söz arasındadır.

18 – 24 ay- ikisözlü cümlələrin sayı artır. Söz xəzinəsi 50-yə yaxındır. Artıq dediyi sözləri başa düşmək də çətin deyil.

24 – 36 ay- tərkibinfə ikidən çox sözlər olan cümlələr qurmağa başlayır. Sözlərdəki hecaların sayı artır. Söz xəzinəsi 1000 – ə yaxındır.

3 – 5 yaş- “Mən”li cümlələr qurmağa başlayır. 5 və daha çox sözlü cümlələr qura bilir. Çoxlu suallar verir. 5 yaşa doğru söz ehtiyatı təqribən 2000- ə çatır.

Valideyn övladında nitq ləngiməsi olduğunu bildiyində mütəxəssisə müraciət etməlidir. Diaqnoz nevropatoloq tərəfindən müəyyən edilir və mütəxəssislərə yönləndirilir. Hər bir loqopada uyğun proqram əsasında korreksiya işi həyata keçirilir.

 

– Müasir dövrdə aktual olan autizmli uşaqlarda nitq qüsurlarının həlli üçün nələr edilir? Bu uşaqlarla məşğul olmaq, məncə, daha çox diqqət və qayğı tələb edir.

– Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir pozğunluqdur. Həmin sindromdan əziyyət çəkən şəxslər öz emosiyalarını göstərə bilmir, fikirlərini ifadə etməkdə, sosiallaşmada bir sıra çətinliklərlə rastlaşırlar. Əksər hallarda onlarda mimika və jestlərin yaşanan hadisələrlə üst-üstə düşməməsi müşahidə edilir, nitq tembri balanslı olmur. Autizm sindromlu uşaqla iş zamanı ilk növbədə əl-göz kontaktının yaradılması vacibdir ki, o, ətrafda gördüklərini təlqin edərək inkişaf etsin. Daha sonra komandaların öyrədilməsi təlim-tədris prosesində başlıca yer tutmalıdır ki, onlara verilən tapşırıqları yerinə yetirə bilsinlər.

Autizmli uşaqlarla işləmək üçün bir çox metod və terapiya növləri var. Bunlardan biri də ABA terapiya – tətbiqi davranış analizidir.

ulviyye efendiyeva

 

– Təbii ki, haqqında danışdığımız problem elədir ki, bunun təkcə hansısa mərkəzdə həll olunmasını gözləmək olmaz. Şübhəsiz, valideynlər də bu istiqamətdə mütəxəssislərə yardımçı olmalıdırlar. Bu baxımdan valideynlərə nə məsləhət görərdiniz?

– Ailədə övladın rolu əvəzolunmazdır. Valideynin borcu övladı maddi tələbatla təmin etməklə yekunlaşmır. Uşağa sevgi, qayğı, diqqət öndə dayanmalıdır. Sağlam övlad böyütmək üçün lazımı vaxtlarda müayinələrdən keçmək məsləhətlidir. Problem ne qeder tez aşkarsa, tezliklə də aradan qaldırmaq mümkün olur. Övladınızda hər hansı nitq qüsuru aşkarlandıqda mütəxəssisə müraciət etməyiniz məqsədə uyğundur.  Həmin mütəxəssislə birlikdə siz də övladınızla çalışmalısız. Həm ata, həm də ananın övladıyla birlikdə zaman kecirməsi, oyunlar oynaması gərəkir. Uşağın bütün suallarına səbrlə, doğru şəkildə cavab vermək lazımdır. Unutmayaq ki, uşaqlar oynayaraq daha çox öyrənirlər. Elə buna görə də oyunlar quraraq, birlikdə daha maraqlı zaman keçirə, daha çox inkişaf edə bilərik.

 

Söhbətləşdi: Məsudə Sultan

Ulviyye Efendiyeva

ULVIYYE EFENDIYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir