d17fd967ffc9b94cead24ac50eea0706

Azərbaycanın ilk ixtisaslı uşaq kardioloqu STM-i seçdi

Baxış sayı: 248

Sumqayıt Tibb Mərkəzini (STM) seçən yüksək ixtisaslı həkimlərin sayı artır. Proktor həkim statusunu qazanan dünyada 12 həkimdən biri olan tanınmış invaziv uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasında fəaliyyətə başlayıb. Bu barədə Musavat.com-a STM-in sözçüsü Ramil Zeynallı məlumat verib. 

E.İmanov 1974-cü ildə Bakı şəhərində anadan olub.

1992-2001-ci illərdə Türkiyənin İstanbul Universitetinin “Cerrahpaşa Tıp Fakültesin”də təhsil alıb.

2004-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasında aspiranturaya qəbul olub, eyni zamanda həmin illərdə İstanbul Universitesi “Çapa Tıp Fakültesi”ndə Uşaq xəstəlikləri kafedrasında təhsil alıb.

2006-2009-cu illərdə İstanbul şəhərində “Dr Siyami Ersek Kalp Damar Cerrahisi” xəstəxanasında uşaq kardioloqu təhsili alıb.

Uşaq kardiologiyası üzrə ixtisaslaşmasını ABŞ-ın Çikaqo şəhərində yerləşən “Rush” universitetində davam etdirib.

2009-2011-ci illərdə Mərkəzi Klinikada uşaq kardioloqu işləyib.

437158703_7828068847245744_4852167909802588352_n.jpg (174 KB)

2011-2019-cu illərdə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində böyük elmi işçi kimi fəaliyyət göstərib.

2019-cu ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında II Uşaq xəstəlikləri kafedrasında həkim-uşaq kardioloqu, həmçinin müəllim vəzifəsində çalışır.

E.İmanov ABŞ-da fəaliyyət göstərən Pediatrik və Konjenital Kardiologiya Assosiasiyasının, Avropa Kardiologiya Cəmiyyətinin müəllim heyət üzvü, Türkiyə Pediatrik Kardiologiya Cəmiyyətinin və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdür.

Xarici (Türkiyə, ABŞ) və ölkə mətbuatında çap olunmuş 64 elmi işin müəllifidir.

Azərbaycan Respublikasında, eləcə də bir çox xarici ölkələrdə keçirilən çoxsaylı elmi konqreslərdə iştirak edib və müxtəlif sayda elmi məqalələrin müəllifidir.

E.İmanov dünya miqyaslı “ABBOT” təhsil şəbəkəsində proktor həkim statusunu qazanan dünyada 12 həkimdən biridir.

İnvaziv kardiologiya sahəsində flaqman sayılan bu şəbəkənin sertifikatı azərbaycanlı həkimin bütün dünya üzrə təlimçi statusunu təsdiqləyir.

O, Asiya, Yaxın Şərq, Qafqaz, Şimali Afrika ölkələri üzrə təlimçidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir