B vitamini

B12 vitamini çatışmazlığı görün, nələrə səbəb olurmuş…

Baxış sayı: 416

Dünya əhalisinin 20 faizi, B12 vitamini çatışmazlığı yaşayır və 40 faiz isə bu risk altındadır.

B12 vitamini, DNK-da enerji mərkəzi hesab edilir. B12, sinir sistemi və qan hüceyrələrinin sağlamlığını təmin edir. Əzələlərə və orqanlara oksigen verir, metobalizmanı qaydasına salır. B12, hər şeydən əvvəl qırmızı qan hüceyrələrinin yaranması üçün böyük əhəmiyyətə malikdir. B12 vitamin çatışmazlığı; enerjini azaldır, əhval ruhiyyəni pozur, metabolizmaya təsir edir.

Mütəxəssislərin fikrincə, B12 çatışmazlığı daha çox veqanlarda, vegeterianlarda və bağırsaq problemləri (bağırsaqların xroniki iltihablanması) olan şəxslərdə müşahidə edilir. Vitamin B12 çatışmazlığı yaşamamaq üçün, mütəmadi olaraq, yağlı balıq, ət, toyuq yemək, süd və süd məhsulları qəbul etmək lazımdır. Mal qaraciyəri, skumbiriya və mal əti, B12 vitamini baxımndan zəngindir.

Nermine Abbasova

Mövzu ilə bağlı saytımıza danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, B12 vitamini sağlamlığımızın vacib elementidir.

Həkim qeyd edir ki, B12 vitamini çatışmazlığı düzgün qidalanmamaqdan, müxtəlif xəstəliklərdən və metformin, omeprazol və digər adi dərmanların qəbulundan yarana bilər.

“Bu problem özünü zəiflik, yorğunluq, psixi pozğunluqlar və s kimi göstərir.B 12 elementinin çatışmazlığı ilə üzləşənlərdə aqressiya, titrəmələr yaranır, hər şeyi unutmağa başlayırlar, əlləri uyuşur, tarazlıq hissi pozulur”,-deyə mütəxəssis əlavə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir