gozellik

Botoksun hansı ziyanları var?

Baxış sayı: 2. 523

İllərdir ki, insanlar qocalmamağın sirlərini axtarır. Hətta, nağıl qəhrəmanlarımız da uzunömürlülük, cavanlıq iksiri axtarışında olur. Son illər isə cavan görünmək üçün müxtəlif kosmetoloji prosedurlar mövcuddur.

Bunlardan biri də botoksdur. Əsasən də, qadınların müraciət etdiyi botoks müalicəsi nədir? Onun hansı ziyanları var?

ttttt.JPG (64 KB)

Dermotoloq Fərhad Qarayev deyir ki, botoks müalicə qısa müddətlidir: “Botoks müalicəsi üçün əsasən xanımlar müraciət edir. Bu müvəqqəti  müalicədir. Əsasən, cavan qalmaq, yaşlılıq əlamətinin qarşısını almaq üçün  bu prosedurlar tətbiq edilir. Dəri yaşlanmağının ən çox gözə çarpan əlaməti qırışlardır. Qırışlar yaş ötdükcə daha da artır. Qırışları günəş şüaları və siqaret artırır. Botoks Clostridium Botulismus deyilən mikro orqanizmin çıxardığı, botulinum toksinindən əldə edilən və bu gün estetik sahədə geniş şəkildə istifadə edilən kimyəvi bir maddədir. Mimiki əzələlərə yeridilir, onların fəaliyyətini saxlamış olur. Həmin protein mimiki əzələlərə yeridildikdə sinir əzələ keçiriciliyi fəaliyyətini dayandırır. Çünki bir əzələnin fəaliyyət göstərməsi üçün sinirdən siqnal gəlir, botoks isə o siqnalın qarşısını alır, əzələ yığılmır. Botoksun müxtəlif növləri var, 4 aydan -7 aya kimi tətbiq edilən nahiyədə qala bilir. Botoks ziyansızdır. Hər hansı xəstəlik yaratmır. Sadəcə bir müddət hansısa əzələlər dincəlir. Proses peşəkar mütəxəssislər həyata keçirməlidir. Xoşagəlməz effektlərin olmaması üçün düzgün yerlərə yeridilməlidir. Orqanizmə dəqiq ölçüdə maddə vurulmalıdır. Botoks müalicəsi alan adam prosedurdan sonrakı göstərişlərə əməl etməsə, fəsadlar ola bilər. Botoksun üstünlüyü ondadır ki, fəsadların ömrü 6 aydır. Bu müddət 2-3 ya qədər azaldıla da bilir. Digər kosmetoloji proseslərdən faydalıdır.

 

Kimlərə botoks olmaz?

Botoksdan hamiləlik, südvermə dövrü, dəri xəstəliyi, sellülit, çapıqlar, qan laxtalanmasında pozğunluq, qan sulandırıcı maddələrin istifadəsi , tətbiq edilən nahiyədə əzələ zəifliyi, sinir əzələ keçəcəyində xəstəlik varsa, o zaman botoks müalicəi etmək olmaz. Botoksdan  öncə analizlər verilməlidir, 6 ay ərzində göz əməliyyatı olmamalıdır. Bəzi dərman preparatları var ki, onlar prosedurdan öncə istifadə olunmamalıdır. Bəzi peşə sahiblərinə də botoks etdirməkməsləhət deyil. Aktyor-aktrisalar, işi aktiv üz mimikalarından asılı olan şəxslər öncə məlumatlandırılmalıdır.

 

Əsasən, botoks hansı nahiyələrə tətbiq olunur ?

Ən çox üzün yuxarı üçbucağı – alın, göz ətrafı və qaş arası qırışlar üçün istifadə olunur. Dodaq ətrafı cizgilərdə, boyunda, çənədə, ovuc və pəncə , qol altı tərləmələrində də tətbiq edilir.

 

Könül




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir