Nermine  Abbasova

Bronxoektaziya xəstəliyində niyə müalicəvi idman terapiyası mütləqdir? – HƏKİM DANIŞIR

Baxış sayı: 1. 034

Bronxoektaziya – bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Bronxoektaziya əksər hallarda ağciyərin bir çox xəstəliklərinin (vərəm, xroniki abses və bir çox şişlərin) nəticəsi kimi ikinci olaraq inkişaf edir.

 

Xəstəliklə bağlı “Gencaile.az”-a danışan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, bronxların patoloji genişlənməsi sərbəst bir xəstəlik kimi də meydana çıxa bilər.

Nərminə xanım qeyd edib ki, Bronxoektaziya anadangəlmə və qazanılma оla bilər. Anadangəlmə bronxoektaziya çоx nadir hallarda təsadüf оlunur. Qazanılma bronxoektaziyanın yaranmasına isə səbəb ağciyərlərin baktеrial və virus mənşəli infеksiyaları, xrоniki pnеvmоniyalar, vərəm, plеvritlər və sairdir.

Həkim-terapevtin sözlərinə görə, Bronxoektaziyanın əmələ gəlməsi üçün əsas şərtlərdən biri bronxun tıxanması və infeksiyanın olmasıdır:

“Prosesin ağciyərlərdə lokalizasiyası birtərəfli və ya ikitərəfli ola bilər. Bronxoektaziyalarla davam edən və vaxtaşırı kəskinləşən xəstəlikdir. Xəstəliyin gedişi daima öskürəklə olub, sutka ərzində 50-100 ml, bəzən daha çox selikli və ya selikli-irinli bəlğəmin xaric edilməsi, qanhayxırma, prosesin kəskinləşməsində isə temperaturun yüksəlməsi kimi əlamətlər olur. Xəstəliyin diaqnostikasında klinik əlamətlərin nəzərə alınması ilə yanaşı, rentgenoloji müayinəni və bronxoskopiyanı qeyd etmək lazımdır”.

Nərminə Abbasova bildirdi ki, konservativ müalicə orqanizmin ümumi müqavimətini artırmaqdan, bronxların sanasiyası və antibiotiklərin tətbiqindən ibarətdir. Onun sözlərinə görə, muasir endoskopik aparatların tətbiqi ilə bronxların bir neçə dəfə sanasiyası – yuyulması və dərman preparatlarının bilavasitə yerli tətbiqi bu xəstəliyin müalicəsində müsbət nəticə verir:

 

 

“Patoloji prosesin proqressiv inkişafı, tez-tez kəskinləşməsi radikal operativ müalicənin aparılmasına göstərişdir. Əməliyyatın həcmi əksər halda ağciyərin prosesə cəlb edilmiş hissəsinin rezeksiyasından ibarət olur. Hər iki ağciyər patologiyaya uğradıqda operativ müalicə aparmaq qeyri-mümkün və ya çox çətin olur.

Bronxoektaziya xəstəliyi uzun sürən və ya təkrarlanan tənəffüs infeksiyalarının (xüsusilə uzanmış öskürəkli, təkrarlanan paranazal sinusitli və ya orta otitli böyüklərdə) mümkün bir səbəbi kimi həmişə nəzərə alınmalıdır. Bronxoektaziyalı pasiyentlərdə anamnezdə tənəffüs yollarının ağır infeksiyasının olub-olmadığını həmişə müəyyən etmək lazımdır”.

Həkimin sözlərinə görə, simptomlar bol bəlğəm ifrazatı, öskürək, təngnəfəslik, hemoptiz, təkrarlanan bronxit və pnevmoniya, tənəffüs yolları simptomları ilə yanaşı təkrarlanan qızdırmadır.

Həkim-terapevt vurğuladı ki, bu xəstəlikdə müalicəvi idman terapiyası mütləqdir:

 

“Bronxoektaziyalı bütün pasiyentlər postural (vəziyyətlə bağlı) drenaj köməkçi üsullarını və tənəffüs texnikasını necə istifadə etmək barəsində bir fizioterapevtdən təlimat almalıdırlar. Evdə postural drenaj, müsbət nəfəsvermə flakonlarına A və ya əks təzyiqə əsaslanan digər drenaj qurğusuna üfürmək, xüsusi qurğunun köməyi ilə inspirator əzələlərin qüvvətləndirilməsi və təngnəfəs olana qədər fiziki çalışmalar faydalı ola bilər.

Hər hansı bir kəskinləşmə ilə bağlı və ya pasiyentdə bol miqdarda irinli bəlğəm varsa, antimikrob müalicəsi aparılmalıdır. Əgər heç bir bakterial nümunə mövcud deyilsə, antimikrob dərmanların ilk seçimi amoksisillin və ya amoksisillin və klavulon turşusunun kombinasiyası (Amoxicillinum + Acidum clavulanicum), penisillinə qarşı allergiyası olan pasiyentlər üçünsə doksisiklindir. 14 günlük kurslar tövsiyyə edilir”.

Nərminə xanım bildirdi ki, bəlğəm kolonizasiyaları nümunələri nəzarət gəlişlərində və mümkün olduqca həmçinin hər hansı kəskinləşmə zamanı antomikrob müalicəsini başlamazdan qabaq yoxlanılmaldır. Onun sözlərinə görə, əgər il ərzində ən azı üç pisləşmə baş veribsə, uzunmüddətli antimikrob müalicəsi nəzərdən keçirilə bilər. Həkim deyir ki, dərman antimikrob həssaslığı əsasında seçilməlidr, lakin siprofloksasin (Ciprofloxacinum) istifadə olunmamalıdır. Azitromisinin (Azithromycinum) faydalı olması göstərilmişdir:

 

“Lakin bu preparatın effektivliyi əsas etibarilə onun iltihab əleyhinə təsiri üzərində cəmləşib. Hətta faktiki olaraq faydaları barəsində sistik fibrozlu pasiyentlərdən savayı tədqiqatlara əsasılanmış sübutların olmamasına baxmayaraq xüsusən, Pseudomonas kolonizasiyalarında inhalyasiya edilmiş antimikrob dərman vasitələri (Tobramycinum, Colistinum) istifadə edilə bilər. İnhalyasiya edilən hipertonik duz məhlulu faydalı ola bilər. Bu məhlul seliyin qatılılığını azaltmaqla öskürmə ilə xaric edilməsini asanlaşdıraraq ağciyər funksiyasını və həyat keyfiyyətini yaxşılaşdırır. Fərdi göstərişlər olduqda iltihabı aşkar etmək üçün kliniki müşahidə və qan analizləri; bəlğəm kolonizasiya nümunəsi; əgər mümkündürsə, spirometriya və döş qəfəsinin rentgen müayinəsi aparılmalıdır. Diaqnoz qoyulduqdan sonra Bəlğəmdə Pseudomonas, meticillinə-rezistent Staphylococcus aureus və ya atipik mikobakteriyaların təkrarlanan inkişafı təkrarlanan kəskinləşmələr aşkarlandıqda pasiyentlər ixtisaslaşmış müalicə almalıdırlar”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir