Planetimizdə elə yerlər var ki, müxtəlif səbəblərdən ziyarətçilər üçün əlçatmazdır. Bu yazıda məhz belə məkanlardan bəhs edilir.
Kofun kurqanı – Yaponiya
Bu süni adalarda imperator ailəsinin qədim məzarları yerləşir. Dünyanın ən böyük kurqanı sayılan Kofun 400 metr dərinlikdədir. Daş və ağac məzardan ibarətdir. Şaquli və ya üfiqi vəziyyətdə yerləşirlər. Bəzi kurqanların ətrafında xəndəklər qazılmışdır. Bu yer nadir hallarda arxeoloqlar tərəfindən ziyarət edilə bilər, o da imperator məhkəməsinin icazəsi ilə.
Şimali Sentinel adası- Hindistan
Hindistanda yerləşən Şimali Sentinel adası əsrlər boyu sivilizasiyadan təcrid edilib. İnkişafdan qalmış bu adada 400-ə yaxın sakin yaşayır. Bu insanlar bu günə qədər dünyada baş verən hadisələrdən xəbərsizdirlər. Onlar kənar şəxslərlə bütün əlaqələri kəsirlər və adaya gələnləri gördükcə qorxurlar . Hətta bir neçə dəfə adanı müşahidə etmək üçün gələn elmi qruplara hücum da etmişdilər. Qəbilənin sakinlərinin bu hərəkətlərinə görə Sentinel adası tamamilə kəşf olunmayıb. Hindistan hökuməti adanın təbii gözəlliyi pozulmasın deyə, bura gələn müşahidəçilərin adaya ayaq basmasına qadağa qoyub.
Ərazi 51- ABŞ
Rəsmi olaraq bütün dünyaya bu məxfi zonanın mövcudluğu yalnız 2013-cü ildə məlum olub. 51-ci zona Nevada ştatında, səhrada yerləşir. Filmlərdə belə adı çəkilən bu məkan ABŞ- məxfilik simvoludur. Orada baş verənlər haqqında heç vaxt heç kim heç nə öyrənə bilməyib. Deyilənlərə görə, bu məkan ABŞ Hərbi Hava Qüvvələrinin bazasıdır və burada ən qabaqcıl təyyarələr hazırlanır. Bu əraziyə giriş qadağandır. Hətta ərazini qoruyan əsgərlərə kimliyindən asılı olmayaraq buraya icazəsiz girmək istəyəni vurmaq səlahiyyəti verilib.
Sion Müqəddəs Məryəm kilsəsi- Efiopiya
Bu ibadətgahda məbədin əsas hissəsi sayılan Əhd sandığı yerləşir. Yalnız xüsusi tutulan relikt qoruyucusu olan insan bu əraziyə daxil ola bilər. Həmin insana məbədi tərk etmək və ya insanlarla ünsiyyət qurmaq qadağandır.
BT Tower televiziya və radio stansiyası ( BT qülləsi) – Böyük Britaniya
1971-ci ildə qüllədəki partlayışdan sonra fırlanan restoran və müşahidə göyərtəsi ictimaiyyət üçün bağlandı. Vaxtaşırı burada xeyriyyə tədbirləri keçirilir. Burada ehtiyacı olan insanlara bir çox maliyyə yardımları edilir.
Xəyallar şəhəri Varoşa – Kipr
Bu ərazi Kiprin ən məşhur turizm məkanı olmuşdu. Lakin 1974-cü ilin iyulunda hər şey dəyişir. Şəhər türk qoşunları tərəfindən işğal olunduqdan sonra sakinlər təxliyə edilir. O vaxtdan bəri şəhər hasarla əhatə olunur və türk ordusu tərəfindən qorunur.
Pionen Məlumat Mərkəzi- İsveç
İsveçin tanınmış “Bahnhof” internet provayderinin məlumat mərkəzlərindən biri olan “Pionen” İsveçin paytaxtı Stokholmda yerləşən nüvə qərargahıdır. “Albert France-Lanord Architects” adlı memarlıq şirkəti tərəfindən ofis şəklində dizayn edilən “Soyuq Müharibə” dövründən qalma bu nüvə qərargahı yerin 30 metr dərinliyində yerləşir. “Pionen” məlumat mərkəzinin girişi isə 40 sm qalınlığındakı polad qapı vasitəsilə qorunur.
Lasko mağarası- Fransa
Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri olan mağaranı “ibtidai icma quruluşunun Sikstin kapellası” da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur və onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən, Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir. Bu məkana qiriş qadağandır.
Sable adası – Kanada
Sable Atlantik okeanında yerləşən qumlu adadır. Burada cəmi on nəfərə yaxın adam yaşayır. Onlarda əsasən meteoroloji stansiyanın əməkdaşlarıdır. Ada batmış gəmilərin məzarlığıdır. 1800-ci ildən başlayaraq adanın yaxınlığında 350-yə yaxın gəmi qəzası qeydə alınıb. Sable unikal təbiətinə görə qoruq elan edilmişdir. Onu ziyarət etmək üçün Kanada hökumətinə ərizə yazmaq və belə bir səfərin zəruriliyini sübut etmək lazımdır.
İse məbədi- Yaponiya
Eramızdan əvvəl 4-cü əsrdən bəri mövcud olan Yaponiyanın ən müqəddəs ziyarətgahı Günəş ilahəsi Amaterasuya həsr olunub. Buraya giriş ciddi şəkildə məhdudlaşdırılıb. Məbədin ərazisinə yalnız kahinlər və imperator ailəsinin üzvləri daxil ola bilər. Qalan insanlar isə onu 4 metr uzunluğunda olan taxta hasarların arasından görə bilərlər.
Samirə Tağıyeva