idman

Bu saatlarda idman etməyin, yoxsa…

Baxış sayı: 365

Qaçmağa başlamazdan əvvəl özünüz üçün düzgün hədəf təyin etməlisiniz.

Bu barədə “Вечерняя Москва” qəzetinə “Moskomsport”un baş məşqçisi Roman Morozov danışıb.

“Məsələn, enerjili olmaq istəyirsinizsə, qaçış üçün ideal vaxt səhərdir. Ancaq fiziki hazırlığınızı yaxşılaşdırmaq lazımdırsa, bədənin oyanmasına icazə vermək lazımdır. Bundan sonra səhər yeməyi yemək, yemək həzm olunana qədər gözləmək və yalnız bundan sonra, günorta saat 3-də qaçmaq məsləhətdir”, – ekspert əlavə edib.

Mütəxəssis həmçinin axşamlar məşq etməməyi məsləhət görüb, çünki bu zaman sinir sistemi çox yüklənir. Əgər siz yenicə qaçmağa başlayırsınızsa, intervallı qaçış ritminə sadiq qalmaq daha yaxşıdır.

“İntervallı qaçışla insan müəyyən məsafə qət edir və sonra bir neçə metr dincəlir və gəzir. Bu, dözümlülüyü inkişaf etdirir. Qaçmağa başlamazdan əvvəl bütün əzələ qruplarının isinməsi üçün onları hərəkətə gətirməlisiniz. Bunun üçün beş dəqiqəlik şarj kifayətdir. Bundan sonra, sakit bir templə başlamalı və yalnız bir neçə metrdən sonra sürətinizi artırmalısınız. Nəfəsinizi izləmək vacibdir: burnunuzla nəfəs alıb, ağzınızdan nəfəs verin. Bu, təngnəfəslikdən qaçmağa kömək edəcək”, – Morozov izah edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir