PALTO

Bu trend payızda əlverişli obraz yaratmağa kömək edəcək

Baxış sayı: 267

Cins yubkalar yaz-yay qarderobunun ənənəvi elementidir. Biz cins ətəkləri pambıq köynəklər və yay ayaqqabıları ilə geyinməyə öyrəşmişik, lakin soyuq havalarada da eyni dərəcədə faydalı ola bilər. Bu mənada instaqram qəhrəmanlarının obrazları ən yaxşı ilham mənbəyidir.

Cins yubkalar cins şalvarlara çox uğurlu bir alternativdir, odur ki, onları istənilən köynək və üst paltarla asanlıqla birləşdirə bilərsiniz. Bu yubkalar görünüşü daha zərif edəcək, eyni zamanda rahatlıq gətirəcək. Şaxtalar düşənə qədər maksi və midi cins yubkaları klassik və uzunqol köynəklərlə birləşdirin. Yeri gəlmişkən, onlar üst-üstə də geyinilə bilər. Bu stil görünüşü daha maraqlı edəcək, həm də canınızı isti saxlayacaq. Soyuq havalarda müxtəlif sviterlər və vodolozkalar da cins yubka ilə əla vəhdət yaradır. Əsas balansı qorumağa çalışın. Böyük ölçülü sviter geyinmək qərarına gəlsəniz, yubkanın dar kəsimli modellərini seçin. Bu, siluetin proporsiyaları qorumağa imkan verəcək. Bu mövsüm dəbdə olan nazik kardiqanlar da cins yubka effektiv görünəcək.

Uzun cins yubkalar demək olar ki, hər hansı bir payız ayaqqabısı ilə tamamlana bilər: idman ayaqqabılarından hündürdaban çəkmələrə qədər. Bununla belə, uzunboğaz çəkmələr daha universaldır. Bomber gödəkçələr, dəri kurtkalar, sırıqlı paltolar və dublyonkalar üst geyim üçün mükəmməldir. Görünüşü daha formal etmək üçün onu klassik yun palto ilə tamamlamağı təklif edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir