GODEKCE

Dəbli gödəkçə seçiminin sirləri

Baxış sayı: 196

Yəqin ki, siz də motosiklet sürənlərin özlərinəməxsus tərzlərinin olduğunu müşahidə etmisiniz. Bir sürücü üçün düzgün motosiklet almaq qədər üst geyimi seçmək də önəmlidir.

Bəs onlar bizim kinolardan xatırladığımız kimi həmişə qara dəri gödəkcə geyinirlər? Bu düşüncənin əksinə, gödəkcə seçimi üslub, material, mövsüm və texniki xüsusiyyətlərinə görə müxtəlif olur. Bu gün 3 növ gödəkcədən danışacağıq:

 

Dəri gödəkcələr

Motosikletlə bağlı xüsusi qarderobunuz varsa, ayrılmaz parçası da, sözsüz ki, dəri gödəkcələrdir. Artıq hər kəs bu geyimi necə, nə ilə uyğunlaşdıracağını bilir. Dəri gödəkcələr suya davamlı olmasa da, ən yaxşı qorumanı təmin edir. O zaman ağıllarda bir sual yaranır. Bu gödəkcələr hansı növ dəridən hazırlanır?

İstehsal prosesində inək və kenquru dərisindən istifadə olunur. İnək dərisi bu işdə standart seçimdir, lakin bəzi markalar kenquru dərisi də tövsiyə edir. Bu dəridən hazırlanan gödəkcələr nisbətən yüngül olsa da, daha bahadır. Lakin hər iki dərinin aşınma müddəti eyni olduğundan inək dərisindən geniş istifadə olunur.

Növündən asılı olmayan, dəri gödəkcələr sizi daha dəbli, havalı göstərəcək və istifadəsi ancaq isti, quru yay günlərində yaxşıdır.

 

Tekstil gödəkcələr

Bəlkə də, bir çoxunuz tekstil gödəkcələri dəri olanlar qədər zövqlü hesab etmirsiniz. Bu gödəkcələr yolda sürüşsəniz də sizi qorumayacaq. Ancaq daha soyuq havalar üçün idealdır və özündə bir çox başqa xüsusiyyətlər ehtiva edir. İlk növbədə, tekstil gödəkcələr sukeçirməzdir, istifadəsi rahatdır, çünki daha çox ciblərə sahibdir və termal astar özəlliyi ilə istiliyi nizamlamaq asandır.

Əgər yaxşı su izolyasiyasına sahib üst geyimi axtarışındasınızsa, “GoreTex”, “Alpinestars” “Drystar” və ya  “D-Dry” kimi digər yüksək səviyyəli alternativlərə diqqət yetirin.

 

Hava yastıqlı gödəkcələr

Texnologiyanın inkişafı hər sahədə olduğu kimi, motosiklet sahəsində də özünü göstərdi. Artıq hava yastıqlı gödəkcə modelleri mövcuddur. Müntəzəm olaraq motosikletinizlə uzun və sürətli səyahətə çıxırsınızsa, digərlərindən daha fərqli və üstün qorumaya sahib gödəkcəyə ehtiyacınız var. Hava yastıqlı gödəkçələr sensorlar vasitəsilə hərəkətinizi fəal şəkildə izləyir və qəza zamanı hava yastıqlarını bir neçə milisaniyədə şişirdərək sizi ehtimal olan zədələrdən qoruyur. Gödəkçəniz mənfi tərəfləri isə daha bahalı və bir az ağır olmasıdır.

 

Aşağıda ən yaxşı gödəkcə modelləri ilə tanış ola bilərsiniz:

“Triumph Braddan” dəri gödəkcə

Bəzən sadəlik ən yaxşısıdır, bu model də klassik dəri gödəkcə kimi görünür. Modern, amma klassik model axtarışındasınızsa, artıq istədiyinizi tapdınız.

 

“BMW Motorrad PureBoxer” dəri gödəkcə

“BMW Motorrad”ın yeni kolleksiyası köhnə məktəbli görünüşünü modern qoruma ilə birləşdirib. Kolleksiyanın bu modelində çiyin və dirsək hissələrindəki termal qat çıxarıla da bilər.

 

“Furygan Thruxton”

Dəri gödəkcələriniz soyuq havalarda əlverişli deyilsə, qış aylarında bu üst geyiminə göz gəzdirin.

 

“Dainese Settantadue Patina”

Yenə siyahıda köhnə və yeni görünüşləri birləşdirən bir tekstil gödəkcə modeli var. 1 daxili və 4 xarici cib belə bu geyimi sevmək üçün kifayət edir.

 

“Knox Urbane” 

Bu gödəkcə isti yay günlərində geyinmək üçün idealdır, yüksək qorumaya sahib olmasa da, tam yerində tikilən çiyin, dirsək və kürək  daxili qoruyucuları ilə zədə ehtimalını minimuma endirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir