zumrud haqverdiyeva

Dayə seçilən zaman nələrə diqqət edilməlidir? – “SEANS VAXTI”

Baxış sayı: 597

Uşağın düzgün inkişafı baxımdan yanaşdıqda sayədə, mütləq olması lazım olan 2 xüsusiyyət vardır: Mehriban və ünsiyyətcil. Uşağın zehni inkişafı nə qədər danışması və ünsiyyət qurması ilə bir-başa əlaqəlidir.

Buna görə də dayənin depressiv,  özünə qapalı olmasından uzaq olması və ünsiyyətcil birinin olması faydalıdır. Övladınızla baş-başa oyun oynamaqdan zövq alması, təbii ehtiyaclarını ödədiyi zaman bunu istəyərək, mehriban şəkildə ödəməlidir.

Dayə ilə görüşməniz zamanı duyğularını ifadə edəcək nə qədər fikirlər söyləməsinə diqqət edin. Misal: “Belə olduqda çox pis oldum” “O hadisə baş verəndə çox xoşbəxt oldum”.

Uşağın düzgün inkişafını nəzərə alaraq bunlara diqqət etməklə yanaşı, bəzi mövzular vardır ki, bunları da diqqətə almalısınız

1) Təmizliyə riayət edən.

2) Təhlükəsizliyi təmin edən.

3) Sizin də fikirlərinizi diqqətə alan və s.

Dayə seçərkən öncədən istəklərinizi planlayın. Uşaq tərbiyəsi ilə bağlı təlim vəya təhsil almamışdırsa, buna necə güvənə bilərəm? Tanıdığım biri mütləq olmalıdır; Mənim evimə yaxın bir yerdə qalmalıdır .Kimi tərəddüdləriniz ola bilər.

Bunlara cavab tapdıqdan sonra görüşdüyünüz dayələrə suallar verin. “Bu kimi problemlə qarşılaşdığınız zaman nələr edə bilərsiniz? “ Öncədən haralarda çalışmısınız? Hansısa valideynlə problem yaşamısınızmı? Yaşamısınızsa necə həll etmisiniz?

Uşağı dayə ilə tanış etmə müddətində nələrə diqqət edilməlidir?

Bir başa birdən-birə uşağı dayə ilə yəni tanımadığı biri ilə baş-başa qoymayın. 1 həftə müddətində güvəndiyi biri ilə və dayə də olmaqla zaman keçirin. Eyni zamanda ön planda olmasın həmin şəxs. Misal üçün: Oyun zamanı, həmin şəxsdə oyunda iştirak eləsin. Amma oyunda şərtlər qoyan, çox danışan biri olaraq çıxış etməməlidir. Bu müddət də dayə də anlayışlı və səbrli olmalıdır. Uşaq bu müddət də fərqli reaksiyalar verə bilər. Bunu şəxsiləşdirmədən və bu müddətin sadəcə adaptasiya dönəmi olduğunu unutmamalıdır.

 

Dayə ilə zaman keçirən uşaqla, ana arasında münasibətlər necə olur?

Nə qədər işləyən valideyn olursanızsa olun, gün ərzində 2-3 saat, həftə sonu biraz daha çox zaman keçitsəniz, övladınızla olan münasibət daha sağlam olacaqdır.

 

Adaptasiya dönəmində dayə necə davranmalıdır?

Unutmaq lazım deyildir ki, uşaq sizinlə ilk tanışlıq dönəmindədir. Bu dönəmdə bir-başa fiziki təmas qurmaq düzgün deyil. Uşaq sizə güvəndikdən sonra özü sizinlə bunu etmək istədikdə ona qarşılıq verə bilərsiniz. Güvəni necə qura bilərsiniz? Təbii ki, oyun əsasında. Sizinlə birlikdə oyun oynama bilər. O sırada siz özünüz oyuncaqlarla oynamağa başlayın. Öncədən öyrənin hansı oyunları daha çox sevir deyə. Ona reaksiya vermədən, özünüz onun diqqətini çəkəcək şəkildə həmin oyunları oynayın. Biraz sonra sizinlə oynamağa başlayacaqdır.

Onun təbii ehtiyaclarını ödəməklə güvəni formalaşdıra və sizinlə ünsiyyət qurmasına gətirib çıxara biləcəksiniz.

Ən əsas məsələ, unutmaq olmaz ki, uşaqla ünsiyyət zamanı gülərüzlü olmaq ən birinci şərtdir.

 

Dayələrdə diqqət edilməsi ən önəmli məsələlər;

1) Psixoloji dəyərləndirmə

2) Təcrübəsi

3) Ailədaxili məsələlər

4) Maddi durumu

5) Yaş

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzi psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir