muzey

Dünyanın ən qeyri-adi 5 muzeyi

Baxış sayı: 297

Bir çoxlarımız tanımadığımız şəhərlərə səyahət zamanı ilk növbədə gəzib-görməli yerlər və muzeyləri ziyarət edirik. Və yer üzündə nəinki qeyri-ciddi, hətta eksponat əvəzinə Xorvatiyada bitmiş münasibətlərdən tutmuş Massaçusetsdə pis incəsənətə kimi absurd şeylər görə biləcəyiniz qəribə muzeylərin olduğunu bilsəz təəcüblənərsiz.

 

Saç muzeyi (Avanos, Kappadokiya, Türkiyə)

Muzey bir qədər qaranlıq kinofilmlərdən olan muzlu qatilin kolleksiyasını xatırladır. Avanos şəhərinin görməli yerlərindən olan bu unikal məkanın təsisçisi saxsı qab-qacaq mağazasının altında yerləşən məkanı çoxlu sayda qadınların saç nümunələri ilə dolduran Çez Qelip adlı türk dulusçudur. O həmçinin ən boyük insan saçı kolleksiyasına görə Ginnesin rekordlar kitabına da imza atıb (16 000-dən çox qadın). Tük ürpədicidir, hə? Bir qədər elədir. Muzey isə özlüyündə 30 il bundan öncə təsis edilmişdi, buna səbəb isə Qelipin sevdiyi qadın Avanosu tərk edərkən ona xatirə olaraq öz saç telini saxlaması olub.

İş saatları: 9:00 — 19:00.

Giriş: sərbəstdir.

Ünvan: Chez Galip Pottery, Avanos, Cappadocia, +90 384 511 5758

 

 

Beynəlxalq tualet muzeyi (Nyu-Deli, Hindistan)

Bəşəriyət tarixi boyunca tualetlərin təkamül prosesini bilmək istəmisiniz? O zaman Hindistanda yerləşən və son 4500 ildə tualetlərin tarixini baxışdan keçirə biləcəyiniz muzeyə xoş gəlmisiniz. XX əsrə aid novator modelləri, vitrin unitazlar, sadə kiçik güvəclər və hətta kitab şkafı kimi düzəldilən tualetlər – həqiqətən də, demək olar ki, istənilən məişət texnikasının şəxsi muzeyi olduğu halda, niyə də tualetinki olmasın.  Özü də, bəzi təbərrüklər eramızdan əvvəl 2500-cü ilə aid edilir. Özünə görə heç də sıradan olmayan bu muzey bütün həyatını tullantıların bərpa edilməsi probləmi və ifrazatdan alternativ yanacağın əldə olunmasına həsr etmiş doktor Bindestvar Patak tərəfindən təsis olunmuşdu. Və yeri gəlmişkən, bəzi zallarda effekti artırmaq üçün tualet qoxusu verən xüsusi kimyəvi vasitələrdən istifadə olunur.

İş saatları: 10:00 — 17:00

Giriş: sərbəstdir.

Ünvan: Sulabh Complex, Mahavir Enclave, Palam Dabri Road, New Delhi, +91 11 2503151819

 

 

Bitmiş münasibətlər muzeyi (Zaqreb, Xorvatiya)

Bu muzey 2006-cı ildə, münasibətlərinə son qoymaq qərarına gəlmiş cütlük tərəfindən təsis olunub. Elə bu zaman cütlük münasibətləri boyunca bir-birinə hədiyyə etdiyi onlarla suvernir və hədiyyələrin taleyi haqqda bir qədər düşünmüşlər. Bütün bunları saxlamağın bir mənası yox idi, tullamağa isə əlləri gəlmirdi. Beləcə muzey ərsəyə gəldi, muzeyin kolleksiyası isə sevdiklərini itirmiş və ya sevgidə qarşılıq almamış insanların acı xatirlərdən qurtulmaq məqsədi ilə göndərdikləri eksponatlar sayəsində daima artmaqdadır. Özü də, burada adət halını almış üzük, geyim və Sevgililər gününə edilmiş hədiyyələrlə yanaşı nadir eksponatlara da rastlamaq mümkündür: məsələn, balta və ayaq protezi. Hər bir eksponatın yanına təsviri də əlavə olunur. Yeri gəlmişkən, hazırda muzey eksponatlarla dolub-daşdığından, yeni eksponatlar qəbul olunmur. Təşkilatçılar gələcəkdə “qırıq qəlb” sahibləri arasında muzeydə sərgilənmə hüququ uğrunda ildə iki dəfə yarış keçirməyi planlaşdırırlar.

İş saatları: 9:00 — 22:30 (iyulun 1-dən sentyabrın sonuna kimi hər gün) 9:00 — 21:00 (noyabrdan mayın 31-ə kimi)

Ünvan: Ćirilometodska 2, 10 000 Zagreb, Croatia, +385 1 4851021

 

 

Pis incəsənət muzeyi (Massaçusets ştatı, ABŞ)

Pis incəsənət muzeyi (ing. Museum of Bad Art – qısa olaraq baş hərfləri ilə MOBA adlandırılır) özəl mülk və dünyada pis incəsənətin bütün formalarına həsr olunmuş yeganə muzey hesab olunur.  Muzeyin əsas məqsədi – “əl işləri dünyanın heç bir muzeyində dəyərləndirilməyən rəssamların əl işlərini nümayiş etdirmək”-dir. Muzey təsisçilərinin sözlərinə görə, təqdim olunan eksponatlar “rədd edilmək üçün çox pisdirlər”. Bununla yanaşı, sərgilənən işlərdə hər hansısa sətraltı mənalar axtarmağa gərək yoxdur: sadəcə olaraq təccüblənin, gülün və yolunuza davam edin.

İş saatları: 14:00 — 21:00 (bazar-çərşənbə axşamı), 13:00 — 22:00 (cümə, şənbə)

Giriş: sərbəstdir

Ünvan: Dedham Community Theatre, 580 High Street, Deadham, Massachusetts, +1 781 444 6757

 

 

İt xaltası muzeyi (London, Böyük Britaniya)

İnsanlar arasında dəb yeni görkəmlər alaraq dəyişdiyi və qəlizləşdiyi halda, itlər arasında dəb öncələrə nisbətən ilbəil sadələşir. Bu muzeydə toplanan unikal xalta kolleksiyası həssas heyvan sevərləri ürpədəcək. Eksponatlar uzun illər boyu toplanıb, çünki qəsrdə istər mühafizə, istərsə də ov məqsədləri ilə çoxlu sayda itlər saxlanılıb. Muzeydə 100 dən çox xalta koleksiyası sərgilənir, xaltaların bir çoxu isə dəyərli metall və daşlarla bəzədilib – bir sözlə, gəlib baxmağa dəyər! Qotik mədəniyyət sevərlər qəribə xalta formalarında maraqlı çox şey tapacaqlar, Lids qəsrinin atmosferi isə onların təəssüratlarını daha da parlaq edəcək. Qəribə təadüf nəticəsində itlərə giriş qadağandır.

İş saatları: 11:00 — 17:00 (aprel-oktyabr hər gün), 11:00 — 15:00 (noyabr-mart)

Giriş: £ 18,50 – böyüklər üçün, £ 11 – uşaqlar üçün, £ 16 – yaşlılar üçün

Ünvan: Leeds Castle, Maidstone, Kent, +44 1622 765400




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir