sEBNEM eNDELIFOVA 1

Eqoist uşaq, yoxsa eqoist valideyn? – PSİXOLOQ YAZIR

Baxış sayı: 334

Uşaq dünyaya gəldiyi zaman “yaxşı” və “pis” məhfumunu dərk etmədən gəlir. O zaman deyə bilərik ki, “pis vərdişlərə aludə olmuş insanları” bu yoldan istifadəsinə əslində bizlər  səbəb oluruq. Yəni sosial mühit və ailə. Əlbəttə, genetik faktorların rolu hər zaman  danılmazdır.  Eqoizmin ilkin əlamətləri hansı yaşda özünü göstərir? Uşaqlarda eqoizmin yaranmasına nələr səbəb olur? Bu suallara cavab yazmamışdan əvvəl  gəlin düşünək, eqoist UŞAQ,  yoxsa eqoist VALİDEYN  hansı daha doğrudur?

Eqoist valideyn? Necə yəni eqoist valideyn olmaq? Axı valideynlər hər şeyi uşaqları üçün edirlər. Bəli övladını “camaat nə deyər”  düşüncəsi ilə tərbiyə edən valideynlər  əslində burda yalnız eqoizmi nümayiş etdirirlər. Axı sonra camaat deyərki, “sənin tərbiyə etdiyin usaq niyə belə edir”?  Bu zaman uşağın  ümumi inkişafı nəzərə alınmır. Valideyn o zaman xoşbəxt olurki, uşaq onun dediyini edir. Bir körpə dünyaya gəlir, bu da yeni nəfəs, yeni arzu və yeni bir istək deməkdir. Valideyn sanki düşünürki, uşaq ona “bitişik” yaşamalıdır. Axı niyə? O da bir şəxsiyyətdir. Hətta bəzən uşaqlarımıza deyirik ki, “sənin nə yaşın varkı sən əsəbləşirsən? Bu fikir necədəyalnışdır.  İcazə verin onlar duyğularını yaşasınlar, büruzə versinlər. Hal -hazırda müasir dünyamızda valideynlərin, bəlkə də, yeganə hədəfi övladlarını hər zaman xoşbəxt görmək istəmələridir! Lakin xoşbəxt və sevincli olmaq insanın yaşayacağı tək duyğu deyildir. Onları hər zaman xoşbəxt etməyə çalışaraq başqa duyğuları yaşamaqlarına fürsət verməmək gələcəyin xudbin, qəddar, laqeyd insanlarını yetişdirməyin səbəblərindən biridir. Bunun kimi daha neçə nümunələr gətirmək olar.  Uşaq və onun inkişafına təsir edən eqoizm  nədir?

Eqoizm uşağın normal inkişafının bir parçasıdır. Əslində sağlam eqoizm, sağlam olmayan eqoizm anlayışları var. Sağlam eqoizm uşağın özünü, öz maraqlarını müdafiə etməsidir. Məsələn: Ana bacıma səslən mənim kitablarıma toxunmasın. Biz böyüklərin  toxunulmasını istəmədiyimiz əşyalarımızın olduğu kimi onlarda  bəzən maraqlarını müdafiə edərlər. Sağlam olmayan eqoizm oğurluq, zor tətbiq etmək və s.

Eqoizmin ilkin əlamətləri uşaqlarda hələ kiçik yaşlarından valideynlərin onların hər istəklərini yerinə yetirəndə, nazları ilə oynayanda yaranmağa başlayır. Bu daha da o vaxt böyüyür ki, ona hər gün çoxlu oyuncaq ,ən dadlı şirniyyatlar alırlar,” al, ver, gətir” kimi göstərişlərinə göz yumurlar. Bunu ilk əvvəl valideyn görmür, hiss eləmir, bəlkə hətta məzəli gəlir onlara , lakin uşaq böyüdükcə eqoizm dərinləşir , sərt forma alır, onda valideyn daha dözə bilmir, çətin vəziyyətdə qalır. Hətta belə bir sual da meydana gəlir? “ Kimə çəkdi bu uşaq?”, , “ Camaatın uşağı belə deyil” və s.

Uşaqların tələbləri də böyüdükcə özləri ilə birgə böyüyür. Zərərsiz kimi görünən “istəyirəm”,  “etməlisən” sözün zaman keçdikcə daha böyüyür və  oyuncaqlar komputerə, velosipedə, bahalı telefonlara çevrilir. Uşaqlar valideyn qayğısını borc kimi anlamağa başlayırlar. Nəticədə bu valideynlərin yarasına çevrilir.

 

Uşaqlarda sağlam olmayan eqoizmin qarşısını necə almalıyıq?

  • Uşaqlarınıza hələ kiçik yaşlarından empatiya qurmağı öyrədin. “Ağlayan bir dostunun yanına gedib halını soruşmaq onun dərdinin azalmağına səbəb ola bilər!” şəklində duyğulara xitab edən yanaşmalar, oxumaq üçün seçilən fərqli duyğuları izah edən hekayələrdə çox faydalıdır.
  • Uşaqlarınızı digər yaşıtları ilə müqayisə etməyin! Ancaq özləri ilə müqayisə edin. Məsələn: “Dünən bu şeri daha yaxşı əzbərləmişdin”  bu zaman uşaq dünənki özü ilə sağlam rəqabətdə olur.
  • Uşaqlarınız üçün gözəl bir model olun. Uşaqlara başqaları ilə bölüşməyin onları zənginləşdirdiyini və bundan zövq aldıqlarını göstərin.
  • Paylaşmanın faydalarını öyrədin. Uşaqlarınıza başqaları ilə bölüşməyin üstünlüklərini sadalayın.
  • Paylaşmaq istəmədiyi oyuncağı seçmək hüququ verin. Xüsusi bir oyuncağa sahib olmalarına icazə verin, onları heç vaxt başqalarına borc verməyə məcbur etməyin, çünki hər kəsin, hətta böyüklərin də, heç vaxt başqaları ilə bölüşmədiyimiz əşyalar var.
  • Rollu oyunlara üstünlük verin.
  • Üç yaşından əvvəl uşaqlar paylaşma konsepsiyasını başa düşmək qabiliyyətinə malik deyillər, buna görə də onları məcbur etməyin. Yalnız sözlərlə deyil, öz davranış və hərəkətlərinizlə onlara nümunə olun.

Uşaqlarımız bir çox şeyi valideyndən öyrənirlər. Bir valideyn olaraq onlara ən çətin situasiyadan çıxmağı öyrədirik. Onlara yemək yeməyi, tualet vərdişini biz aşlayırıq. Uşaqlarımızın bütün maddi ehtiyaclarını qarşlayırıq, lakin onlara öyrətməkdə çətinlik çəkdiyimi tək bir nüans varki oda “SEVGİ” –dir. Son cümləmi Yunus Əmrənin fikri ilə tamamlamaq istəyirəm. “Sevgi gələndə bütün çatışmazlıqlar bitər”.

 

Şəbnəm ƏNDƏLİFOVA

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu

shabnam.aliyeva95@gmail.com




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir