aile budce

Ev işlərinə görə kişilər xanımlara pul ödəməlidirlər? – EKSPERT YANAŞMASI

Baxış sayı: 325

“Həyatımızın müxtəlif sahələrində qadınlara qarşı zorakılıqlar qalmaqdadır”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

Komitə sədri bildirib ki, ÜST-ün məlumatına görə, dünyada hər üç qadından 1-i ya evdə, ya işdə zorakılığa məruz qalır:

Maaş artımı ilə bağlı komitə sədri müjdə verdi -

“Bu gün işsiz qadınlar 57,5 % təşkil edir. Baxmayaraq ki, əmək qabiliyyətli qadınların sayı kişilərin sayından çoxdur. Əsas diskriminasiya burada qadın əməyinin kişi əməyinə nisbətən az qiymətləndirilməsidir. Bu, bütün dünyada belədir. Azərbaycanda qadınların əməyi kişi əməyindən daha az qiymətləndirilir. Bunun bünövrəsi iqtisadi azadlıqdadır. Əgər iqtisadi azadlıq olmayacaqsa, biz sosial azadlığı da təmin edə bilməyəcəyik. Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır. Elmi-texniki fəaliyyət sahəsində qadınların əməkhaqqısı kişilərin əməkhaqqısının yalnız 47%-ni təşkil edir. Səhiyyə və sosial xidmətlər sahəsində bu rəqəm 63%-dir. Baxmayaraq ki, bu sahədə qadınlar kişilərdən daha çoxdur. Qadın sahibkarlar sayında da rəqəm aşağıdır. Sahibkar qadınların sayı sahibkar kişilərin sayından 3,7 dəfə azdır”.

YAP-ın yeni sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovu kollektivə kim təqdim edib? - FOTOLAR

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə Musa Quliyevin ev işi görən qadınlara pul ödənməsi fikri ilə razılaşmayıb. T. Budaqov bildirib ki, Azərbaycan qadınları ailəyə bağlıdır: “Burada beynəlxalq təcrübə ilə yanaşı, cəmiyyətin fikri də nəzərə alınmalıdır”.

Musa Quliyev isə bir daha təkrar edib ki, qadının evdəki zəhməti kişilər tərəfindən qiymətləndirilməlidir: “Bu təklifi qadının evdə gördüyü işin qiymətləndirilməsi üçün verdim”.

aile budcesi

Gözlənildiyi kimi, Musa Quliyevin təklifi heç də birmənalı qarşılanmadı. Əksəriyyət deputatın mövqeyini dəstəkləmədi. Maraqlı olacağını nəzərə alıb, mövzuyla bağlı mütəxəssis rəyini öyrəndik.

“Gencaile.az” saytı üçün məsələyə münasibət bldirən sosioloq Əhməd Qəşəmoğlu Milli Məclis üzvünün belə bir açıqlama verməsinin düzgün olmadığını deyir: ” Təəssüf  ki, Musa müəllim belə bir söz deyib.  İstənilən sosial sistemdə, eyni zamanda ailədə mənəvi dəyərlər öndə olanda orada get-gedə ahəngdar münasibət yaranır. Əksinə, mənəvi dəyərlər arxa plana keçəndə həmin yerdə olduqca xoşagəlməz bir mühit, qarşıdurma, bir-birini aldatma, kriminallıq   və s. kimi hallar yaranır. Ailədə bazar münasibətləri yaratmaq yolverilməzdir.”

ehmed qesemoglu

Həyat yoldaşının xanımına pul ödəməsinin bizim adət-ənənə ilə uzlaşmadığını da qeyd edən sosioloq aşağıdakıları dedi:” Bizim əsrlər boyu davam edən adət ənənələrimiz vardır.  Birdən-birə radikal dəyişiklik təhlükəlidir. Əslində bizim ailələrdə elə bir münasibət olmalıdır ki, kiminsə nəyə isə ehtiyacı varsa, digər ailə üzvləri öz imkanları daxilində  qayğıkeşliklə ona kömək etsin. Ərin arvadına pul ödəmək kimi imkanı varsa, bundan qat-qat artıq öz imkanlarını öz arvadına qayğıya səfərbər etməlidir. Əksinə də ola bilər. Bəlkə qadının əməkhaqqı ərininkindən xeyli artıqdır. O zaman arvad da öz ərinə maddi kömək edə bilər. Amma mənəvi dəyərlərə xələl gətirmədən. Hər bir ailədə ən əvvəl ər ilə arvad, ailənin digər üzvləri arasında mənəvi dəyərlər əsasında ahəngdar münasibət olmalıdır. Belə bir münasibət olsa, o zaman belə ödəniş, filan kimi məsələlərə əhəmiyyət verilməz.”

lacin M

Psixoloq Laçın Məhərrəm deyir ki, əksər xanımların fikirincə, gender bərabərliyindən söhbət gedirsə, belə də olmalıdır, amma bir məqamı unutmaq olmaz ki, bu da belə bir qanunun qəbul edilməsinin ənənəvi ailənin təməlini bir qədər silkələyə bilmə ehtimalıdır.

Psixoloq evdar xaımlara həyat yoldaşları tərəfindən ev işlərinə görə pul ödəməkdənsə, fərqli yanaşma sərgilənməsinin tərafdarı olduğunu da qeyd etdi. Psixoloqun fikirincə, ev işlərinə görə kişilər xanımlara pul ödəməkdənsə, qarşı tərəf xanımının işləməsinə məhdudiyyət qoymamalı, ona qarşı iqtsiadi zorakılığın meyarlarını tətbiq etməməlidir.

 

 

Təqdim etdi: UĞUR




1 şərh “Ev işlərinə görə kişilər xanımlara pul ödəməlidirlər? – EKSPERT YANAŞMASI

  1. Bəxtiyar

    Ölkədə qadınlara düşünüb qərar verə bilən bir fərd olduqlarını xatırlatmaq lazımdır.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir