Evli qadınların münasibətlərində etdikləri səhvlər, zamanla partnyorları ilə olan əlaqələrini zəiflədə və zədələyə bilər. Əlbəttə, bu səhvlərin zamanında qarşısını almaq və daha sağlam, güclü və xoşbəxt əlaqələr qurmaq mümkündür. Aşağıda, evli qadınların münasibətlərində ən çox yol verdikləri 6 səhv təqdim edilir:
1) Düzgün ünsiyyət bacarıqlarının olmaması
Evli qadınların ən geniş yayılan səhvlərindən biri, partnyorları ilə düzgün və səmimi ünsiyyət qurmaqdan çəkinmələridir. Çox zaman, qadınlar özlərini qarşı tərəfə ifadə etməkdə çətinlik çəkirlər və ya yanlış anlaşılacaqlarından qorxurlar. Bu da zamanla qeyri-sağlam ünsiyyətə və qarşılıqlı güvənsizliklərə səbəb ola bilər. Münasibətin sağlam olması üçün açıq, dürüst və qarşılıqlı etimadın olduğu bir əlaqə vacibdir. Bu, hər iki tərəfin ehtiyaclarını və hisslərini daha yaxşı başa düşmələrinə şərait yaradar.
2) Əlverişsiz tələblər qoymaq
Bəzi qadınlar, münasibətdə partnyorlarına çox yüksək gözləntilər və tələblər qoyurlar. Bu, onları qarşı tərəfi davamlı olaraq məmnun etməyə çalışarkən, özlərini də təzyiq altında hiss etmələrinə yol açır. Partnyorun bu tələbləri yerinə yetirə bilməməsi nəticəsində, aralarındakı gərginlik getdikcə arta və bağlılıq zamanla zəifləyə bilər. Hər iki tərəfin ehtiyaclarına uyğun real və əlçatan tələblər qoymaq isə, münasibətin daha sağlam və xoşbəxt olmasına kömək edər. Bu, həm də qarşılıqlı hörmətin və anlayışın əsasını təşkil edir.
3) Qarşı tərəfin dəstəyini istəmək yerinə, “Mən Özüm” sindromuna yenik düşmək
Evli qadınlar, bəzən bütün problemlərini tək başına, qarşı tərəfdən kömək gözləmədən həll etməyə çalışırlar. Bu vəziyyət, zamanla qadının üzərinə həddindən artıq yük yığılmasına və onun emosional, mənəvi, fiziki cəhətdən çökməsinə səbəb ola bilər.
Partnyorundan dəstək almayan qadın isə, özünü zamanla tənhalaşmış hiss edə bilər. Lakin evlilikdə qarşılıqlı dəstək çox vacibdir. Bir qadın öz problemlərini həll etməyə çalışarkən, partnyorundan daha çox mənəvi və emosional dəstək almalıdır ki, özünü tam olaraq o kişinin yanında güvəndə hiss edə bilsin.
4) Öz kimliyini unutmaq
Bəzi qadınlar, ailə qayğıları və məsuliyyətləri ilə o qədər məşğul olurlar ki, öz şəxsiyyətlərini, maraqlarını və arzularını unutmağa başlayırlar. Bu, zamanla qadının özünə olan hörmətini və dəyərini zəiflədə bilər. Onlar, öz ehtiyaclarını və istəklərini ikinci plana ataraq, yalnız ailə, uşaqlar və ev işləri ilə məşğul olurlar. Ailə həyatında balansı qorumaq və şəxsi ehtiyacları ön plana çıxarmaq vacibdir. Həmçinin, öz kimliyini unutmamaq və hər zaman özünə də diqqət ayırmaq, qadının xoşbəxtliyini artırar, Qadının xoşbəxt olmağı isə, birbaşa ailə münasibətlərinə də müsbət təsir göstərər.
5) Keçmişi həmişə gündəmə gətirmək
Keçmişdəki səhvlər və yanlış anlaşmalar, davamlı olaraq münasibətdə gündəmə gətirildikdə, cütlüklər arasında həddindən artıq gərginlik və problemlər yarada bilər. Keçmişin təkrarlanması – tərəflərin özlərini narahat və güvənsiz hiss etməsinə səbəb ola bilər. Keçmişi olduğu kimi qəbullanmaq və təkcə mövcud problemlərə fokuslanmaq, daha sağlam və inamlı bir əlaqənin əsasını təşkil edir. Hər iki tərəf də keçmişin yükünü daşımaqdan azad olmağı bacarmalı və hər hansı bir səhvi yenidən gündəmə gətirmək əvəzinə, gələcəyə müsbət baxmalıdırlar.
6) Münasibətdə intim həyatın olmaması və ya zəifləməsi
Evli qadınlar, münasibətlərindəki intim həyatına yetərli diqqət vermədikdə, bu əlaqənin zəifləməsinə və cütlüklər arasında qarşılıqlı soyuqluğa səbəb ola bilər. İntim münasibətlər, yalnız fiziki yaxınlıq deyil, həm də emosional əlaqənin dərinləşməsi və güclənməsidir. Münasibətdəki intim həyatın davamlılığı və partnyorla qarşılıqlı anlayış, münasibətin sağlam və alovlu olmasına kömək edir. Bu baxımdan, intim həyatına xüsusi diqqət yetirmək və bir-birinin ehtiyaclarını dinləmək çox-çox vacibdir.
Son olaraq isə, qeyd etmək istəyərdim ki, bir cütlüyün həqiqətən də xoşbəxt olmağı üçün, hər 2 tərəfin də eyni dərəcədə bu münasibətə məsuliyyətlə yanaşmağı, səhvlərindən nəticə çıxarmağı və komanda ola bilməsi çox vacibdir!
Zəhra Əskərzadə
Kişi-Qadın Münasibətləri üzrə Kouç/Mütəxəssis
Kecmisi gundeme getirmek meselesi ile raziyam, amma bezen kecmisin sehvleri de, muasibetdeki problemlerin hellindevacib rol oynayir. Bes, keçmisi gundeme gətirerken onu nece duzgun bir şekilde muzakire etmək olar ki, munasibete zerər vermesin?
Maraqli ve vacib movzuya toxundugunuz ucun cox sag olun.
Mənim fikrimcə, ünsiyyət problemi təkcə qadınlar üçün deyil, kişilər üçün də böyük çətinliklər yarada bilər. Bəzən insanlar öz duyğularını düzgün ifadə etməkdə çətinlik çəkirlər və bu da münasibətləri ciddi şəkildə təsir edir. Sizin vurğuladığınız “açıq və dürüst” ünsiyyətin əhəmiyyəti tamamilə doğrudur. Bəs, münasibətlərin başlanğıcında, hələ çox tanımadığınız biri ilə ünsiyyəti necə düzgün qurmaq olar? Bir çox insanlar bunun üçün təcrübə qazanmalı olur.
mənim narahat olduğum bir şey var. Yaxın dostum da çox bənzər səhvlər edir və nəticədə münasibətləri zəifləyib. O, heç vaxt özünü ifadə etməyi bacarmır, həmişə “mən özüm” deməyi üstün tutur, halbuki bu, o qədər də sağlam deyil. O, başqalarına kömək etməyi çox sevsə də, özünü çox tez unutmağa başlayır. Mən ona məsləhət verdim, amma hələ də doğru yola gətirə bilmədim. Bəlkə, siz bir evlilik mütəxəssisi olaraq necə məsləhət verərdiniz ki, belə vəziyyətlərdə insanlar özlərini daha çox ifadə etsinlər və qarşı tərəfə güvənməyə başlasınlar?
Yazı cox gozeldi. Xususile oz kimliyini unudmaq movzusu cox onemlidir. Menim de basıma gelib, aile ve is arasinda bezen özünü unutmaq çox asan olur. Amma sonunda anladım ki, ozumu unutduqda hem ozum, hem de munasibetim cox zedelenir. Bes bu problemi nece hell etmek olar? Bir qadin nece ozunu tapib, her iki terefe faydali ola biler?
Əslində, mən də çox vaxt “özümü” unudub başqalarına xidmət etməyə çalışıram, amma sonra hiss edirəm ki, bu, həm mənə, həm də münasibətimə zərər verir. Çox sağ olun, bu yazı məni düşündürdü
Zəhra xanım, məqalə oxuduğumda bir hadisəni xatırladım. Mənim dostum bir müddət əvvəl evləndikdən sonra bütün vaxtını uşaqlarına və evinə sərf etməyə başladı. Öz maraqları və hədəfləri də var idi, amma heç birinə zaman ayıra bilmirdi. Bir gün ona dedim ki, “özünü unutmamalısan,” amma o, buna əvvəlcə etiraz etdi. Sonra zaman keçdikcə daha çox gərginlik yaşadı və indi yenidən özünü tapmağa çalışır. İndi həyatında özünə vaxt ayırmağa başlayıb və münasibətləri də yaxşılaşmağa başlayıb. Bu yazını oxuyanda o hissləri yenə yaşadım. Yaxşı ki, belə məqalələr var, insanlara düzgün istiqamət verir.
Məqaləni oxuyanda tamamilə özümün və ətrafımdakıların yaşadığı təcrübələri xatırladım. Mənim də keçmişdə münasibətimdə bəzi səhvlərim olub. Xüsusilə “Öz kimliyini unutmaq” hissəsi məni çox düşündürdü. Bir neçə il əvvəl, mən də bütün vaxtımı ailəmə, ev işlərinə və uşaqlara ayırdım, nəticədə öz ehtiyaclarımı gözardı edərək böyük bir boşluq hissi yaşadım. Bu, özümə olan hörmətimi çox zəiflətdi. Sonra bir müddət fərdi həyatımı yenidən qurdum və bunu da münasibətimə müsbət təsir göstərdi. Hər bir qadının özünü dəyərləndirməsi vacibdir. Sizin məsləhətləriniz çox əhəmiyyətlidir, təşəkkür edirəm!
Məncə, məqalədə bəhs edilən mövzular doğrudur, amma bir neçə məqamda şübhə etdiyim şeylər var. Məsələn, “Keçmişi həmişə gündəmə gətirmək” məsələsi ilə razıyam, amma bəzən keçmişdəki səhvlər həqiqətən də gündəmə gəlməli və müzakirə edilməlidir. Düzdür, bu, münasibətin sağlıqlı olması üçün yüklənməməlidir, amma bəzən həqiqətən də keçmişdəki yanlış anlaşılmalar birbaşa mövcud münasibətə təsir edir. Necə düşünürsünüz, bu tip məsələlərdə keçmişi tamamilə unudub, yalnız indiki vəziyyətləmi irəliləməliyik?
Mence, her iki teref de bir-birine dəstək verməlidir ki, munasibet saglam qalsın.
İntim heyatın ehemmiyetine dair yazdiqlariıniz cox vacibdir. Bir cox munasibetlerde intim heyatin zeifleməsi ile bagli cox ciddi problemler yaranır. Bu movzu cox zaman gözardı edilir amma munasibetin saglam olması ucun emosional ve fiziki yaxinliq onemlidir.
Bele yazilara, bu saheden olan mutexessislere yer ayirmaginizi alqislayiram. Belke maariflendirme ile bele problemler en azi minimal hedde ene biler. Tesekkur edirem.