evlilik

Evliliyə hazırlığın qızıl qaydaları

Baxış sayı: 1. 233

Evlənməyin də başqa böyük işlər kimi, hazırlığa ehtiyacı var. Əgər əvvəldən özünüzü bu məsuliyyətli iş üçün hazır etməsəniz, evliliyiniz müvəffəqiyyətli olmayacaq. Əgər evliliyə hazır olmasanız, aranızdakı gərginlik günbəgün artacaq, bir-birinizin istəklərini başa düşməyəcəksiniz.  Bir-birinizdən uzaqlaşacaqsınız. Bunların baş verməməsi üçünsə aşağıdakı qaydalara əməl etmək lazımdır:

 

 1. Qəbul etməyi bacarmaq

Evlilik o deməkdir ki, sizdən tam fərqli insanla bir ömür yaşayacaqsınız. Həmin insanın fərqli ruhiyyəsi və fərqli tərbiyəsi var. Əlaqə və meylləri fərqlidir. Əfsanələri gərək kənara qoyasınız və “biz” olmağa çalışasınız. Siz gərək qarşı tərəfə deyəsiniz ki, iki bədəndə bir ruhsunuz. Əgər rabitəniz əvvəldən sağlam olsa və siz rəsmi surətdə onun əlaqə və ehtiyaclıarını qəbul etsəniz, ona dəyər versəniz, o zaman müştərək həyatınız xoş və problemsiz olacaq.

 

2. Uyğunlaşmağı bacarmaq

Əgər qarşı tərəfə uyğunlaşa bilməsəniz, o zaman həyatınız kəşməkəşli olacaq. İnsanlar adətən çətin zamanlarda iki cür reaksiya verirlər: ya eqoist olub ancaq özlərini düşünürlər, ya da fədakarlıq edib qarşı tərəfi düşünürlər. Əgər ilk növə aidsinizsə, deməli, evliliyə hazır deyilsiniz.

 

3. Ailədən asılılığı tədricən azaltmaq

İnsan dünyaya gələn zaman ailəsi ilə cismi göbək bağı olduğu kimi, ruhi göbək bağı da olur. Ailəsi ona həm cismi və həm də ruhi dəstək verir. Ailə quranda isə adət etdiyi və nəsihətlərindən faydalandığı bu insanlarla həmin göbək bağını zəiflətməli olur. Bu proses təbii getməlidir, tədricən müstəqillik qazanılmalıdır. Əlbəttə ki, müdrik və təcrübəli insanların məsləhətləri çox dəyərlidir, onlara diqqət etmək lazımdır.

 

4. Həyatdan ləzzət almaq

Əgər siz subay vaxtı şadlıq və sevinc hissini təcrübə etmirsinizsə, əmin olun ki, evləndikdən sonra da belə olacaq. Xoşbəxtlik elə bir şeydir ki, insanın batinində meydana gəlir. Zahirdə olan insanlar sizi ancaq o zaman xoşbəxt edə bilər ki, siz əvvəldən özünüzü xoşbəxt hesab edəsiniz. Əgər subaylıqda həyatdan ləzzət alır və çətinliklərinizə sinə gərə bilirsinizsə, əmin olun ki, evləndikdən sonra da həyatdan ləzzət ala biləcəksiniz.

 

5. Qarşılıqlı anlaşma

Qarşılıqlı anlaşma müştərək ailə həyatında ən mühüm amillərdəndir. Ancaq gərək buna hazır olasınız ki, başqa bir insanı öz şəxsi həyatınıza daxil edə biləsiniz. Ona zaman ayırasınız və onunla sevgi körpüləri yaradasınız. Əgər körpü yerinə divar çəkirsinizsə, deməli, evliliyə hələ hazır deyilsiniz.

 

 6. Etimad etmək qüdrəti

Etimad evliliyin ən mühüm şərtlərindəndir. Ancaq bəzi insanlar heç kəsə etimad etmirlər. Gələcək həyat yoldaşı da istisna deyil. Əgər bu cür düşünürsünüzsə, özünüzü gərgin və kəşməkəşli bir evliliyə hazır saxlayın. Etimad olmadan heç bir rabitə uzunmüddətli ola bilməz.

 

FacebookEmailFavorites




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir