yatmaq

Gecə rahat yatmaq istəyirsinizsə, bunları etməyin

Baxış sayı: 340

Axşam saatlarında yuxunun normal keyfiyyətini təmin etmək üçün spirtli içkilər, ədviyyatlı və şirin qidalar qəbul etməkdən, kardio məşqlərdən uzaq durmaq lazımdır.

Bu haqda Mount Sinai Tibb Məktəbinin (ABŞ) yuxu müalicəsi üzrə dosenti Ankit Parekh məlumat verib.

Həkimin sözlərinə görə, gec yemək (axşam 8-dən sonra) çəki artımına səbəb ola bilər və piylənmə riskini artırır. Uyğun olmayan şam yeməyi də yuxunu poza bilər. Parekh izah edib ki, yatmazdan bir neçə saat əvvəl ədviyyatlı və ya yağlı yemək yemək mədə yanmasına və narahatlığına səbəb ola bilər.

Yatmazdan bir neçə saat əvvəl şirniyyat və spirtdən imtina etmək də tövsiyə olunur. Bu qidalar və içkilər yuxuya getməyi çətinləşdirən və gecə tez-tez oyanmalara səbəb ola biləcək stimullaşdırıcı təsirlərə malikdir. Bu səbəbdən Parekh qəhvədən çəkinməyi məsləhət görür. Onun stimullaşdırıcı, “canlandırıcı” təsiri uzun müddət – istehlakdan sonra təxminən 6 saat davam edir.

Həkim vurğulayıb ki, axşam saat 7-dən sonra fiziki istirahətə riayət etmək lazımdır. Xüsusilə, ürək məşqlərindən – ürək-damar sistemini gücləndirməyə yönəlmiş fəaliyyətlərdən uzaq durmalısınız. Qaçış, üzgüçülük, velosiped sürmə və güclü aerobika ürək döyüntünüzü və bədən istiliyinizi artırır. Bu isə ümumi sağlamlığınız üçün yaxşıdır, lakin yuxuya getməyi çətinləşdirir.

 

Cəmilə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir