Sasha

“Gərək bu sualı həyat yoldaşıma verəydiniz” – MÜSAHİBƏ

Baxış sayı: 2. 436

Futbolda ən təhlükəli standart vəziyyət 11 metrlik zərbədir. Rubrikamız təhlükəli olmayacaq, amma 11 metrlik zərbə qədər həyəcanlı və maraqlı olacaq.

“Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı ölkə futbolunun tanınmış simalarından olan, millimizin sabiq müdafiəçisi Saşa Yunusoğludur.

– Sizin meneceriniz kimi uzun müddət atanız fəaliyyət göstərirdi. Bu mənada futbolçu olmağınızda ən böyük dəstəkçinizin də atanız olduğunu demək olarmı?

– Təbii ki, mənim bu gün böyük futbolda olmağımda atamın rolu danılmazdır. O, hər zaman mənə dəstək olurdu. Uzun müddət mənim menecerim kimi çalışması da onun göstərdiyi dəstəyi əks etdirirdi.sasha-8

– Ümumiyyətlə,menecerlikdən uzaqlaşmasının sizinlə arasında olan problemdən qaynaqlandığı deyilirdi. Bu, doğurdandamı belədir, yoxsa başqa səbəbləri var idi?

– Düzü, zaman-zaman belə söz-söhbətlər mənim də qulağıma çatır. Amma bunun heç bir əsası yoxdur. Atamla aramda nə problem olasıdır ki?! Dediyim kimi, futbolçu olmağımda onun əməyi böyükdür. Bu səbəbdən də ona həmişə minnətdaram. Atamın menecerlik fəaliyyəti ilə məşğul olmaması isə şəxsi işləri ilə bağlıdır.

– Bir probleminiz olanda ailədə kiminlə bölüşürsünüz?

– Əvvəl bütün problemlərimi atamla bölüşürdüm. Amma indi ayrı evdə yaşadığımızdan daha çox həyat yoldaşımla bölüşürəm. O da mənə hər tərəfli yardımçı olmağa çalışır.

– Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi?

–  Biz ailə qurmamışdan öncə bir-birimizi tanıyırdıq deyə, mənim həyat yoldaşım peşəkar idmançı, futbol həyatına tam bələd idi. Bu səbəbdən heç bir problem olmadı.

–         Belə anladım ki, ailəniz sevgi əsasında qurulub.Sasa-18

–         Bəli, mən şəxsi istəyimi əsas tutaraq ailə qurmuşam.

sasa

–         Futbol adamları daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

–         Gərək bu sualı həyat yoldaşıma verəydiniz. Əvvəllər belə qısqanclıq hiss olunsa da, ifrat dərəcədə deyildi. Məncə, ailədə müəyyən çərçivədə qısqanclığın olması normaldır.

–         Belə çıxır ki, qısqanclıq hissi sizdə də var, deyilmi?

–         Yox, mən ümumiyyətlə qısqanc adam deyiləm. Ən əsası da həyat yoldaşım mənə onu qısqanmaq üçün əsas vermir

–         Bildiyimiz qədəri ilə bir övladınız var. Maraqlıdır, oğlunuzu futbolçu kimi görmək istərdinizmi?

–         Futbolun və ümumiyyətlə idman mənfi və müsbət tərəfləri var. Məsələn, futbolçu həyatı elədir ki, bir çox hallarda ailəndən uzaqda olursan. Bundan başqa, məşq prosesləri ağır, oyunlar stressli olur. Digər tərəfdən futbolçu karyerası ərzində dəfələrlə zədə alır ki, bu da sonradan insan bədəninə mənfi təsir edir. Bütün bu problemlər üzündən övladımın futbolçu olmasının əleyhinəyəm. Amma bu məsələdə onun şəxsi istəyi də önəmlidir. Əgər futbolçu olmaq istəsə, həmişə ona yardımçı olmağa çalışaram. Əlimdən gələni edərəm ki, mənim karyeram ərzində etdiyim səhvləri təkrarlamasın və səviyyəli oyunçu olsun.Sasha-7

–         Özünüzün edə bilmədiyiniz nəsə varmı ki, onu övladlarınızın etməsini istərdiniz?

–         Əgər futbolçu olsa, məndən qat-qat daha yaxşı oyunçu olmasını istəyərdim.

–         Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz.

–         Əslində, gülməli hadisələr çox olub, amma bunun hamısını danışsam, bütün rubrikanı əhatə edəcək (gülür – T.M.) Amma bir əhvalat danışa bilərəm. Mənim millidəki debüt matçımda Bakıda Portuqaliya ilə qarşılaşırdıq. Həmin oyunun gedişində Kriştiano Ronaldonun gözünə dirsəklə zərbə vuran Aslan Kərimov qırmızı vərəqə almış, zədələnən portuqaliyalı isə çox əsəbləşmişdi. Bundan sonra Ronaldo bizə qarşı daha aqressiv oynayırdı. Qarşılaşmanın ikinci hissəsində qapımıza təyin edilən cərimə zərbəsini Ranaldo yerinə yetirirdi. Həmin vaxt artıq hesab 0:2 idi. Ronaldo standart vəziyyəti yerinə yetirməyə hazırlaşanda Elvin Əliyev ona yaxınlaşaraq “Ronaldo, no gol, please finish gol” dedi. Ronaldo isə ona gözünü göstərərək öz dilində nəysə dedi. Onu da deyim ki, həmin standart vəziyyətdən vurulan zərbə çox təhlükəli alınmışdı. Səhv etmirəmsə, top qapı dirəyinə dəymişdi. Amma onu da deyim ki, Elvin Əliyev hələ də deyir ki, mən elə söz deməmişəm. (gülür- T.M)

–         Sizin eşitmək istədiyiniz, amma bizim vermədiyimiz sual qaldımı?

–         Qaldı, amma mənim istədiyim sualları vermək üçün gərək rubrikanızın adı “11 sual”, yox, “111 sual” olaydı.

 

Söhbətləşdi: Tural Məmmədov

yUNUSOGLU

sasa Y




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir