limonlu su

Hər səhər limonlu su içdikdə nə baş verir?

Baxış sayı: 638

Səhər oyanan kimi azca limon sıxılmış ilıq təmiz su içmək faydalıdır. Orqanizm gecə də işləyir və qaraciyər bir çox energetik prosesləri tənzimləyir. Səhərə bədən susuzlaşır, faydalı maddələr azalır. Ona görə səhər tezdən orqanizmə su və mineral vermək lazımdır. Səhərlər limonlu suyun faydalarını təqdim edirik:

 

 

 

1) İmmun sistemi gücləndirir

 

Limonda C vitamini çoxdur. Yarım limonun suyu sutkalıq C vitamini dozasının 30%-ni verir. Bu vitamin isə ürək damar xəstəlikləri,qan laxtalanmasına qarşıdır. İmmunitet vitaminidir.

 

 

2) Günə başlamaq üçün mineral enerjisi verir

 

Limonda kaliy və B 6 vitamini də var. Kaliy bədəndə su maye mübadiləsini tənzimləyir, sinir hüceyrələnin əzələyə impuls ötürməsinə yardım edir. Qan təzyiqini normallaşdırır. Ona görə səhər limonlu su əzələləri aktivləşdirir, ödemi, şişi götürür, təzyiqi salır.

 

 

3) Mikrobları yuyur

 

Səhərlər ağızdan pis qoxu gəlməsi milyonlarla bakteriya deməkdir. Gecə yuxuda onlar çoxalır.

SƏhər ağız boşluğuna birinci limonlu su keçməsi, mikrobları öldürür.

 

 

4) Ödü aktivləşdirir

 

Həzmin əsas dostu normada ifraz olunan öddür. Onu stimulə etmək üçün turş maddə lazımdır. Ona görə limonlu su öd kisəsini aktivləşdirir, ödü təmizləyir, mədəni, bağırsağı hazırlayır. Qəbizliyə qarşıdır.

 

 

5) Böyrəkləri təmizləyir

 

Lİmonlu su sidikqovucudur, gecədən böyrəklər işləyir, sidik yollarına çöküntü toplanır. Ona görə səhər tezdən yollarda qalan olan-qalan çöküntünü yumaq üçün limonlu su içmək mütləqdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir