rena bayramova

Hamilə xanımlar üçün dieta necə olmalıdır?

Baxış sayı: 773

Qidalanma məsələsi qadınları hər zaman maraqlandıran nüansdan biri olur. Bunun əsas səbəblərindən biri də xanımların ideal çəkiyə malik olmaq istəməsidir. Hamiləlik dönəmində xanımların çəki baxımından problemləri olsa da, həmin dövrdə də həm ciddi çəki artıqlığının yaranmaması üçün, həm də sağlıqlı hamiləlik üçün pəhriz məsələsinə önəm verilməlidir.

Aşağıdakı qida maddələri döl üçün ən böyük əhəmiyyət kəsb edir: foliy turşusu, dəmir, sink və əvəzolunmaz doymamış yağlı turşuları. Bu qida maddələri zəruri miqdarda yemək ilə qəbul olunmalıdır. Hamilə və əmizdirən qadınlar düzgün qidalanmazsa, orqanizmləri bu qiymətli maddələrin qıtlığından əziyyət çəkməyə başlayacaq.

 

Nə yediyinizi bilmək cox vacibdir!

Ana olmaq arzulayan bütün qadınlar sağlam qidalanmanın prinsipləri yaxşı bilməlidir.

Biz sizə sağlam və eytiyaclarınızı təmin edən pəhrizə dair bir neçə faydalı məsləhət verəcəyik:

  • Çeşidli qida. Bütün zəruri qida maddələrini özundə cəmləşdirən yeqanə məhsul təbiətdə sadəcə mövcud deyil (onların sayı hardasa 60 yaxındır). Çeşidli qida insan orqanizmini müxtəlif dəyərli qida maddələri, vitamin və mikroelementlər ilə təmin edir.
  • Yalnız dənli çörək. Dənli qara çörəyin tərkibində təxminən ağ çörəkdən 3-5 artıq minerallar var. Qara çörək həmçinin vitamin və sellüloza ilə daha zəngindir.
  • Qidanızda olan dəmirin miqdarı iki dəfə artmalı. Hamilə qadın toyuq/mal/balıg ətlərdən gündə iki dəfə yeməlidir (az yağlı əti istifadə etmək məsləhətdir). Hər qida qəbulunda tərəvəzlər və dəmirin mənimsəməsini yaxşılaşdıran vitamin C ilə zəngin olan meyvələrdən istifadə olunmalıdır.
  • Balığın istifadəsi əvəzolunmazdır – o, dəyərli proteinlərin mənbəsidir.
  • Çiy tərəvəzlərdən hazırlanmış salatlarda bitki yağından istifadə edin – heç olmazsa, gündə bir çay qaşığı zeytun yağından istifadə edin. Onun tərkibində hamiləliyin normal keçməsi üçün zəruri olan doymamış yağlı turşular vardır.
  • Süd və süd məhsullarından çoxlu istfadə edin. Tərkibində kalsium, vitamin B2, B12 və dəyərli protein olduğu üçün süd və süd məhsulları həm qadın, həm körpə üçün çox faydalıdır. Yağlılığı az olan süd məhsullardan istifadə edin və çəkinizi daha asan qaydada saxlayın.
  • Gündə minim 1 kilo meyvə və tərəvəzlərdən yeyin, onlar vitamin və minerallar ilə çox zəngindir.
  • Alkohol içkilərdən uzaq durun, tünd kofe və siqaret çəkməkdən imtina edin. Onlar uçaq salma riskini artırır və dölə çox zərərli təsir göstərir.

hamile

Qidanın rəngarəngliyi

Qidanın rəngarəngliyi və müxtəlifliyi qida maddələrin qıtlığı riskini azaldır. Hamiləlik dövründə vitamın və minerallara olan tələbat əhəmiyətli dərəcədə artır (50-100%). Lakin gündəlik qidanın kalori dəyəri yalnız 300 kalori miqdarında arta bilər.

Hamiləlik dövründə vitamın və minerallara olan tələbat əhəmiyətli dərəcədə artır (50-100%). Lakin gündəlik qidanın kalori dəyəri yalnız 300 kalori miqdarında arta bilər. Qadınların çoxusu özünə fikir verir və saysız-hesabsız arıxlama pəhrizləri sınayir.

Düzgün tarazlanmamış pəhrizlər onları qida maddələrin qıtlığına gətirib çıxardır. Hamilə qadın təkçə öz qida ehtiyaclarını təmin etməməlidir; birinci növbədə, o, bətnində inkişaf edən dölün ehtiyaclarını təmin etməlidir. Bu səbəbdən hər bir ana olmaq arzusunda olan qadın müxtəlif təbii qida məhsullarından insifadə etməli və süni ərzaqlardan, həmçinin tünd çay, qəhvə, siqaret və başqa stimulyatorların istifadısindən qaçinmalıdır. Sizin və körpənizin sağlamlığı naminə!

 

Menyu

Səhər yeməyi: Südlü yulaf aşı, iki dənli bulka, və ya iki tikə yağsız ət parçaları (və ya 1 yumurta), yaşıl soğan və zeytun yağı ilə salat, limonlu çay;

Nahar: Hisə verilmiş qızılbalığı, yerkökü ilə salat, suda bişirilmiş kartof, təzə çəkilmiş qreypfrut şirəsi;

Şam yeməyi: Meyvə salatı, portağal cem ilə dənli çörək, yoqurt, limonlu çay.

 

Hamiləlik dieti təbii ki bizdə fərgli olur. Sadəcə hamiləlikdə həm uşağı, həm özünüzü düşünüb sağlam qidalanın ki, laktasiya dövrü bitəndən sonra arıqlamaq sizə çətin gəlməsin.

 

Rəna Bayramova

MayoMed klinikasının pediatr və kliniki dietoloqu

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə və ya 055 254 05 03+970 567 874 745 whatsapp nömrəsi ilə birbaşa Rəna Bayramova ilə kontakt qura bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir