Ləvazimatlar:
500 qram xurma
1 stəkan yarım mannı
1 qəhvə fincanı yer fındığı
150 qram kərə yağı
2 stəkan süd
1 stəkan şəkər tozu
Hazırlanması:
Mannı, yer fındığı və kərə yağını bir qazana tökün. Yer fındıqları qızarana kimi qovurun. Süd əlavə edib, mannı köpüklənənə kimi qaynadın. Şəkər tozunu əlavə edib tündləşənə kimi bişirin. İstədiyiniz ölçüdə çuxurlu bir cam götürüb kənarlarına xurma yerləşdirin. Orta qisminə əlinizlə basdıraraq halvanı yerləşdirin. Süfrəyə verərəkən tərs çevirib təqdim edin. Üzərini bir az qaymaq və yer fındığı ilə bəzəyin. Nuş olsun! (ailem.az)