corek

İsti çörək yeməyin “soyuq fəsad”ları…

Baxış sayı: 938

Bəzən mağazaya gedəndə çörəyin yenicə gətirildiyini görürük. Əlimizə alır, yumşaqlığına və hərarətinə heyran qalırıq. Könül istəyir ki, elə oradaca çörəyi iki yerə parçalayaq, buğunu içimizə çəkək.  Amma…Bəli, amması da var. Fransız yazıçısı Viktor Hüqonun “Səfillər”ində olduğu kimi bir tikə çörək uğrunda nəfsə uduzmaq baha başa gəlir…Ona görə də gərək tələsməyək. Nəfsimizi yox, sağlamlığımızı düşünək.

Qida təhlükəsizliyi eksperti Elsəvər Fərzəliyev isti çörək yeməyin fəsadlarından danışarkən aşağıdakıları dedi:

“Elmi ədəbiyyatlarda da göstərilir ki, təzə çörək bir neçə saat saxlanılmalıdır. O, yalnız bundan sonra yeyilmək üçün əlverişli olur. İsti xəmir məhsulunun zərəri həzm prosesinə gec daxil olmasıdır. Başqa sözlə desək, isti çörək həzm prosesini zəiflədir. El arasında “çörək boyatlaşdıqca daha yaxşı olur” ifadəsini təsadüfən işlətmirlər. Çünki çörək qaldıqca həzm olunmasından ötrü tərkibində müəyyən proseslər gedir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir