MASİN

Maşınınızı satmağa ehtiyac olduğunu göstərən 3 əlamət

Baxış sayı: 179

Bir neçə onilliklər ərzində eyni avtomobili idarə edən sürücü tapmaq çətindir. Sürücülərin əksəriyyəti avtomobillərini vaxtaşırı dəyişirlər.

Bəzi hallarda avtomobil sahibi seçim etməkdə çətinlik çəkir: avtomobilinin satışa çıxarılıb -çıxarılmayacağını bilmir.

Ekspertlər avtomobilin hələ də təkrar avtomobil bazarına çıxarılmalı olduğunu göstərən bir neçə əlaməti açıqlayıblar.

Maşınınızı satmağa ehtiyac olduğunu göstərən 3 əlamət

Əməliyyat problemləri

Əgər sürücü daim onu təmir etməyə və mühərriki işə salmaq problemi ilə üzləşirsə, avtomobil satılmalıdır.

Nəqliyyat vasitəsinin pis idarə olunması da onu göstərir ki, ondan “yaxa qurtarmaq” lazımdır.

 

Çox sürülübsə

Çox yol qət edilibsə, avtomobilin satılması lazım olduğunu göstərir.

100 min kilometrlik yürüş göstəricisini təhlükəli bir işarə adlandırmaq olar. Məhz bu mərhələdə güc aqreqatı və ötürücü qutusu ilə bağlı problemlər yaranır.

 

Maşın köhnəlib

Müasir sürücülər üçün nəqliyyat vasitəsində müxtəlif qurğuların və cihazların olması çox vacibdir.

Əgər maşın lazımi texniki yeniliklərlə təchiz olunmursa və ya kifayət qədər təhlükəsizlik səviyyəsinə malik deyilsə, onu satışa çıxarmaq məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir