PALTAR

Mövsümün sviter dəbi – FOTOLAR

Baxış sayı: 475

Payız qarderobunu müəyyənləşdirəndə bir qayda tətbiq olunur: sviteri bol olan xəstələnmir. Əgər artıq qarderobunuzda klassik kaşmir və tennis sviter varsa, sizə yaxası zəncirbəndli modelləri sınaqdan keçirməyi məsləhət görürük.

Bu sviter tərzi 80-ci və 90-cı illərin sonlarında xüsusilə məşhur idi. Bir vaxtlar “xizək” sviteri kimi tanınan və yalnız idman geyimi hesab edilən köynəklər dəb arenasına yenidən qayıdıb və bu gün o, payız trendləri arasında liderlik edir.

Zəncirbəndli sviter yönlüdür və müxtəlif hallar üçün uyğundur. İncə trikotajdan hazırlanmış modellər klassik köynəklərə əla alternativ olacaq, üstəlik daha isti və daha rahatdır. Çoxfunksiyalı hündür yaxalıq boynunuzu soyuqdan qoruyacaq, isti olanda onu rahatlıqla aça bilərsiniz. Belə bir sviteri həm incə, həm də mirvari boyunbağı ilə tamamlamaq olar. Rəng sxeminə gəldikdə isə, burada heç bir məhdudiyyət yoxdur. Ağ, qara, boz və bej modelləri daha çoxyönlüdür, çünki onları başqa rənglərlə birləşdirmək asandır. Parlaq rənglər isə tutqun payız əhval-ruhiyyəsindən xilas olmaq üçün ideal seçimdir. Odur ki, qara, ağ və bej klassik modellərinə əlavə olaraq, çəhrayı, yaşıl və mavi çalarlara da diqqət yetirin. Rəngli sviter istənilən obrazın dəbli elementinə çevriləcək, həm də sizi ruhlandıracaq.

sviter

sviter 2

sviter 1 sviter 4

sviter 6




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir