Nermine Abbasova

Nərminə Abbasova: “Xoralı kolitin müalicəsində əsas hədəf…”

Baxış sayı: 531

Yaralı Kolit xəstəliyi barədə saytımıza ətraflı danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, xəstəliyin əmələ gəlməsində müxtəlif virusların, bakteriyaların, sitoplazmatik toksinlərin rolu böyükdür. Həkimin sözlərinə görə, qeyri spesifik yaralı kolitin əmələ gəlməsində hipofiz və böyrəküstü vəzin funksiyasının aktivliyinin azalması da səbəb ola bilir:

“Stress səbəbli sinir sisteminin qıcıqlanmalarının asetilxolinə təsiri nəticəsində yoğun bağırsaqlarda peristaltikanın pozulması nəticəsində də qeyi-spesifik yaralı kolit əmələ gələ bilir. Bağırsaqların epirel qatında baş verən hipoksiyalar, bağırsaqların selikli qişalarında baş verən pozulmalar, qidalanma səbəbli mikrofloranın dəyişilməsi qeyri spesifik yaraların əmələ gəlməsinə birbaşa təsir edir. Bu zaman kolonsitlərin hipoksiyası artır, bağırsaqlarda nekrozların əmələ gəlməsi başlayır. Daha sonra qeyri-spesifik kolitin kliniki əlamətləri meydana çıxır”.
Həkim-terapevt vurğuladı ki, xəstəliyin klassifikasiyası 3 cürdür. Bunlar –

 Düz və siqma bağırsaqda əmələ gələn, residivləşən, orta dərəcədə ağırlaşmalarla özünü biruzə verən eroziyalı-hemoragik qeyri-spesifik yaralı kolit;

– Kəskin formalı, tez proqressivləşən bağırsağa toksiki təsir edən, bəzən septik əlamətlərlə özünü biruzə verən qeyri-spesifik yaralı kolit;
– Qeyri-spesifik yaralı kolitin remissiya, latent fazasıdır.
Nərminə xanım bildirdi ki, xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir:
“Xəstəlik özünü qanlı, selikli nəcif ifrazı, temperaturun yüksəlməsi, qarında sancıların olması ilə xarakterizə edir. Düz bağırsağa baxış zamanı şişkinlik və qızartılar görünür. Bağırsağın divarında selikli-qanlı ifrazatın olması diqqəti cəlb edir. Xəstəliyə düzgün diaqnoz qoymaq üçün rektopomanoskopiyanın müayinəsinin nəticələri əsas götürülür. Rentgeneoloji müayinə zamanı patoloji prosesslər və onların ağırlıq dərəcələri müəyyən edilir. Qanın ümumi analizləri zamanı leykositoz və EÇR-in artması meydana çıxır”.

Kron xəstəliyi kimi xoralı kolitin də səbəbi və mexanizminin dəqiq bilinmədiyini qeyd edən həkim-terapevt genetic, infeksion, immune və diet kimi amillərin rolunun ehtimal olunduğunu vurğuladı:

“Ehtimal edilir ki, immun, infeksiyon və digər zədələyici amillər mukozada iltihabi proseslərin daimi şəkildə getməsinə səbəb olur. İltihabi proses davam etdikcə, selikli qişada patoloji dəyişiklər də dərinləşir. Başlanğıcda selikli qişada xoralar və kript abseslər meydana gəlir. Sonra selikli qişanın ödemləşməsi və xoraların dərinləşməsi nəticəsində psevdopolip görüntüsü meydana gəlir. Gec mərhələlərdə selikli qişada son mərhələ dəyişiklilər baş verir. Məsələn selikli qişa çökür, qırışlar itir, ağır dərəcəli displaziya görünür, bağırsaq boru şəkilini alır. Mənfəz adətən daralmır, lakin bəzən strikturalar ola bilər. Selikli qişada baş verən iltihabi dəyişikliklər və xoralar ishala və qanaxmalara səbəb olur. Uzunmüddətli displaziya isə xərçəng riskini artırır”.

Nərminə xanım bildirdi ki, Kron xəstəliyindən fərqli olaraq xoralı kolitdə iltihabi prosesin yayılması fasiləsizdir, perianal patologiyalar olmur:

“Xoralı kolitdə refluks ileit ola bilər ki, bu da iltihabi mediatorlarla zəngin yoğun bağırsaq möhtəviyyatının ileuma geri qayıtması nəticəsində törənən iltihabdır.

Xoralı xolit kəskinləşmə və remissiya fazaları ilə gedən xroniki xəstəlikdir. Kəskinləşmədən sonra xəstələrin təxminən 60%-i konservativ müalicəyə tabe olaraq remissiya fazasına daxil olur, 15%-i uzunmüddətli müalicə ilə yaxşılaşır, 25%-inə isə müalicəyə tabe olmadığına və ya ağırlaşmalara görə təcili kolektomiya lazım gəlir.

Proktiti olan xəstələrdə proksimala doğru yayılma ehtimalı 50%, proktosiqmoidtlərin pankolitə keçmə ehtimalı isə 10% təşkil edir.

Remissiyadakı xəstələrin təxminən 67%-ində 10 il ərzində təkrar kəskinləşmə baş verir. Yayılma dərəcəsi artdıqca, konservativ müalicəyə tabe olmama və ağırlaşma ehtimalı da artır.

Proktitlərdə əməliyyat ehtimalı 10 ildə 1%, sol kolitdə isə 25% təşkil edir.

Xoralı kolitdə əksər hallarda iltihabi proses selikli qişa və selikaltı qat səviyyəsində olduğuna baxmayaraq, 10-15% hallarda proqresssivləşərək divarın bütün qatlarını və bağırsağın proksimal hissələrinə yayıla bilir ki, bu da ağırlaşmalara zəmin yaradır”.

 

Həkim-terapevt qeyd etdi ki, xəstəliyin ağırlıq dərəcəsinin təyini üçün klinik və endoskopik klassifikasiyalardan istifadə edilir. Onun sözlərinə görə, ən çox tövsiyə olunan klassifiakasiya Montreal klinik dərəcələndiriliməsidir ki, ishal sayı, toksik əlamətlər və laborator göstəricilər nəzərə alınır:

“Xoralı kolitin müalicəsində əsas hədəf  kəskin fazanı söndürmək və uzunmüddətli remissiyanı təmin etməkdir. Müalicəsi üçün konservativ və cərrahi tədbirlər mövcuddur”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir