Zumrud Haqverdiyeva

Müəllimi doğru seçdiyinizdən necə əmin olmalısınız? – “SEANS VAXTI”

Baxış sayı: 423

Müəllimin də ana kimi mərhəmətli olmasını istəyirik. Mərhəmətli birini, uşağa davranışından əslində rahatlıqla görmək mümkündür. Övladınızı təslim edəcəyiniz müəllimi sinif içində müşahidə edin. Müəllimin duyğularını və uşaqlarla rəftarına diqqət et. Müşahidənin nəticəsi olaraq düzgün qərar qəbul etmiş olacaqsınız. Digər bir hal isə mərhəmətlə yanaşı, düzgün qaydalar qoyan, eyni zamanda qaydalara düzgün əməl olunmasına nəzarət etməyi bacarmalıdır. Müəllimin sinif daxilində davranışları, uşaqların qarşılaşdıqları çətin bir vəziyyət də necə həll etməsinə nəzər etdikdən sonra, cavab tapmış olacaqsınız.

Övladınızın gedəcəyi məktəbi seçmək üçün bir çox pillələrdən keçmişsiniz. Övladınızın məktəbi özünün seçməsi bəs? 2 məktəb seçin və bu 2 məktəbdən hansında oxumaq istədiyini övladınıza buraxın, seçim etsin. Övladınızın bu həyatında özünün seçim etməsinə şərait yaratmış olursunuz. Təbii ki 5-6 seçim varsa, bunu övladınıza seçim etməsi üçün desəniz, onun düşüncələri daha çox qarışacaqdır.

Buna görə sizin ələyərək və seçərək müəyyən etdiyiniz iki məktəb arasından son seçimi övladınıza buraxmağınız ən sağlam qərarı övladınızla almış olmağınıza səbəb olacaqdır. Övladınızın bunu seçməsi üçün, məktəb seçimində sizin necə müşahidəniz lazımdırsa, övladınızın da müşahidəyə ehtiyacı vardır. Bu səbəblə məktəb açılmamışdan əvvəl, övladınızı məktəbə aparmalı, bağçasında oyun oynamalı, müəllimi ilə tanışdırmalısınız.

Övladınıza hər mövzuda şəxsiyyət olaraq yanaşmalı olduğunuz halda, bu mövzuda da nəzərə almalısınız.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir