narli turp salati

Narlı turp salatı necə hazırlanır?

Baxış sayı: 472

Tərkibində bir çox vitaminlər, xüsusən də C vitamini olan turpun faydaları o qədər çoxdur ki… Ürək üçün xeyirli, immuniteti gücləndirən, təzyiqə nəzarət edən turpu yüksək lifli olmasından asılı olmayaraq, qış boyu süfrələrimizdən əskik etməməliyik.

Beləliklə, bu faydalı tərəvəzdən hazırlanan vitaminli salat reseptini sizinlə bölüşürük.

Salatı hazırlamaq üçün müxtəlif növ turplardan istifadə olunur:

Lazım olan ərzaqlar:

1 qara turp

1 qırmızı turp

1 çölü ağ, içi qırmızı turp

Yarım dəstə cəfəri

Yarım dəstə təzə nanə

1 orta boy nar dənələri

Yarım fincan tumsuz yaşıl zeytun

Limon suyu

2 xörək qaşığı nar bəkməzi

3 xörək qaşığı zeytun yağı

1 çay qaşığı duz

Onu da qeyd edək ki, zövqə görə öz istədiyiniz göyərtiləri əlavə edə bilərsiniz.

Hazırlanması:

Turpların qabığını soyun və şəkildəki kimi uzunsov şəkildə doğrayın.

Cəfəri və nanəni bol suda yuyun və tamamilə quruması üçün süzgəcə qoyun. Onları da bacardığınız qədər incə və səliqəli doğrayın.

Bütün inqrediyentləri böyük bir qaba əlavə edib qarışdırın. Ən sonda nar dənələrini tökməyiniz məsləhətdir.

Qeyd edək ki, təqdim etdiyimiz salat resepti 4 nəfərlikdir və yarım saata tam hazır olur.

Həm çox vitaminli, həm də çox asan hazırlanan bu salat qış boyu süfrələrinizin bəzəyi olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir