tava

Necə edək ki, yeməklər qazan və tavalara yapışmasın?

Baxış sayı: 541

Polad qazan və tavalar dadlı yemək bişirmək üçün mətbəxin ən böyük yardımçılarıdır. Bəlkə də ən böyük qüsurları yeməkləri yapışdırmalarıdır. Lakin çox praktik üsullarla polad qazan və tavaların yapışdırma problemleminin qarşısını almaq mümkündür.

Bunun üçün ilk olaraq sobanı qızdırın. Əvvəlcə sobanın tavasını bütövlükdə alüminium falqa ilə bağlayın. Daha sonra işlədəcəyiniz polad qazan və ya tavanı yaxşıca yağlayın. Bu zaman yüksək istiliyə davamlı yağlardan istifadə edilməlidir. Yağladıqdan sonra tava və ya qazanı tərsinə çevirib sobanın tavasının içinə qoyun. 2 saat sonra sobadan çıxarın.

Digər üsulda soda köməyinizə çatacaq. Belə ki, tava və ya qazanın içinə soda və su tökün. Yaxşıca qarışdırıb məcun halına gətirin və yaxşı-yaxşı sürtün. Sonra bol su ilə yuyun. Bir az yağ töküb yaxşıca isidin. Bundan sonra yağı yaxşıca təmizləyin.

yemeklerin-qazan-ve-tavalara-yapismasindan-bezmisiniz

Başqa bir üsul isə kokos yağı və duz ilədir. Əvvəlcə tava və ya qazanı yaxşıca isidin. Qaba uyğun miqdarda kokos yağı töküb əridin. Yağ əriyib qazanın bütün dibini tutmalıdı. Buna əmin olduqdan sonra qazı söndürün və yağın artığını salfet ilə silin. Daha sonra qazanın bütün dibini örtəcək şəkildə evdə olan istənilən duzdan tökün. Bax bu şəkildə qazan-tavanın dibini kokos yağı və duzla “yedirdikdən” sonra dəsmalla yaxşıca təmizləyin. Elədiyiniz üsulun təsiri getdikdən sonra yenidən təkrarlamaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir