usaq

Övladınızı başqa uşaqlarla müqayisə etməyin hansı fəsadları var?

Baxış sayı: 1. 689

Uşaqların digər uşaqlarla müqayisə edilməsi onlarda bir sıra psixoloji problemlərə səbəb ola bilər. Valideynlər hər zaman övladının daha yaxşı nəticələr qazanmasını gözləyirlər. Bunun əksini müşahidə etdikdə isə valideynlər yanlış olaraq övladını digər uşaqlarla müqayisə edirlər.

İlk olaraq valideyn övladının potensialına bələd olmalı, övladını yaxşı tanımağı bacarmalıdır. Əgər siz öz övladınızın bacarıqlarından və edə biləcəyi səviyyədən xəbərsizsinizsə bu onları anlamanızda çətinlik yaradacaq. Hər bir uşaq individualdır. İlk növbədə övladınızı fərdi xüsusiyyətləri ilə qəbul etməyi bacarmalısınız.

Siz öz istəklərinizə görə övladınızın rəssam, rəqqas və ya gimnast olmasını istəyirsinizsə yanılırsınız. Ona öz bacarıqları çərçivəsində dəyər verməyə çalışın. “Qonşunun uşağı yaxşı idmançıdır, səninsə heç marağın yoxdur”, “O bu dərslərdən yaxşı qiymət alır, sənin ondan nəyin əksikdir” kimi ifadələr övladınızda  özünəinam hissinin aşağı enməsinə səbəb olacaq.

Övladınızı müqayisə etməyiniz onda özünəinam hissinin azalmasına , özünü dəyərsiz hiss etməsinə, sevilmədiyini düşünməsinə səbəb ola bilər. Bu isə aqressiya, qəzəb, narahatlıq,  küskünlük, qısqanclıqla  kimi fəsadlarla özünü biruzə verəcək.

Bu faktlar ailə daxilində övladlarınız arasında etdiyiniz müqayisəyə də aiddir.

Beləliklə övladınızı daim müqayisə obyektinə çevirərsinizsə:

-Onda özünəinamsızlıq hissi yaranar:

-O, hər zaman başqaları tərəfindən təriflənmək üçün çalışar;

-Öz gücünə inanmaz;

-Qısqanclıq hissi ilə yaşayar;

-Qərar verməkdə çətinlik çəkər;

-Öz üzərinə məsuliyyət götürməkdən qorxar;

-Ailə üzvlərinin tərifini qazanmaq üçün onların yönətimi ilə davranmağa çalışar;

-Öz uğurlarını dəyərləndirməyi bacarmaz, zəif nəticələrini isə şişirdər;

-Daxilində olan hirs, aqressiya onun irəliləməsinə mane olar;

-Özünü dəyərsiz hiss edər.

Övladlarınızı var olduqları kimi sevin.  Yaxşı nəticələr əldə etməsinə çalışırsınızsa onları başqaları ilə deyil , özləri ilə (dünəni, bugünü,  gələcəyi ilə) müqayisə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir