olu

Öz qohumları ilə yaşayan ölülər

Baxış sayı: 1. 153

Yaxın adamların ölümü həmişə bizə faciə təsiri bağışlayır. Bəzən isə o həddə çatır ki, bu vəziyyətlə barışa bilmirik.

Bəzi insanlar elə bu səbəbdən ölmüş yaxınları ilə birgə yaşayır…

 

1. 20 il ərzində bütün gününü arvadının qəbirində keçirib

1993-cü ildə Rokki Abalsamonun həyat yoldaşı vəfat edib. Bununla da Rokkinin canından can gedib. Bütün xoşbəxt və qəmli anlarını Rokki də arvadının dəfn olunduğu qəbiristanlıqda keçirib. Demək olar ki, yemək yeməyib və soyuğa, pis hava şəraitinə fikir verməyərək gününü orada keçirib.

2013-cü il yanvarın 22-də Rokki uzunmüddətli xəstəlikdən sonra 97 yaşında vəfat edib. O da həmin qəbiristanlıqda arvadı Culiyanın qəbirinə yaxın bir yerdə dəfn edilib. Rokki ölümündən sonra da ondan ayrılmayıb.

 

2. Vyetnamlı bir nəfər mərhum arvadı ilə eyni yorğan-döşəkdə yatır

2009-cu ildə Vyetnam vətəndaşı Le Van bütün yerli qəzetlərin əsas xəbərinə çevrilib:

O, beş il ərzində ölü arvadıyla eyni yorğan-döşəkdə yatıb. İki ildən sonra müxbirlər yenidən onunla əlaqə saxlayıb və o təsdiq edib ki, sevdiyi qadının yanında yatır. Hakimiyyət isə bu mövzuda heç nə edə bilmir.

 

3. Gürcüstanlı bir qadın 22 il əvvəl ölmüş oğulun qayğısına qalır

22 il əvvəl 22 yaşlı Coni Bakaradze vəfat edib. Amma ailə onu dəfn etmək yerinə oğlunun simasını görmək üçün cəsədini saxlamağa qərar verib.

Onun anası Siuri Kvarasxeliya Coninin ölümündən sonra ilk dörd il ərzində balzam mayedən istifadə edib. Amma sonra kimsə ona yuxuda mayenin yerinə araqdan istifadə etməyi əmr edib. Beləliklə, anası hər gecə cəsədi araqlayaraq onun çürüməsinin qarşısını almağa çalışıb.

Hazırda Coninin bədəni taxta tabutda saxlanılır. Siurinin 20 yaşlı nəvəsi atasının cəsədini saxladığı üçün nənəsinin düzgün qərar verdiyini bildirib.

 

4. Dul qadın ərinin ölümündən sonra onun çürüyən bədəni ilə yatıb

Qadın bir il ərzində bunu təkrarlayıb.

79 yaşlı Marsel X. 2012-ci ilin noyabrında Belçikada vəfat edib. Arvadı isə bu vəziyyəti qəbul etməyərək onunla birlikdə yaşamağa başlayıb.

Rəsmi orqanlar hadisədən 2013-cü ildə xəbər tutub, lakin buna görə qadını narahat etməyiblər. Onlar mənzil sahibinin şikayətinə görə qadını ziyarət edərək ödənişi tələb ediblər. Marselin cəsədi mumiyalanmayıb. Təəccüblüsü isə qonşuların heç vaxt xoşagəlməz qoxudan şikayət etməməsi olub.

Nərgiz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir