pisik

Pişiyinizin cinsini bilirsiniz? – ÖYRƏNİN – FOTOLAR

Baxış sayı: 1. 770

Bəlkə də çoxunuzun evində pişik var. Bəs onun hansı cinsdən olduğunu bilirsinizmi? Bilmirsinizsə, “Gencaile.az” sizi sevimli pişiyinizin cinsi ilə tanış edir.

 

Abyssinian

Bir az inadkar xüsusiyyəti ilə tanınan bu pişiklər sahibinə qarşı olduqca nəzakətlidir. Qısa tükləri olan Abyssinian cinsli pişiklərin ovçuluq xüsusiyyəti var.

 

American Bobtail

“Əla xarakterli” kimi tanınan American Bobtail pişikləri enerji dolu, ağıllı və sevgi düşkünüdürlər. Bu pişiklərin uzun tükləri var.

 

American Curl

Digər heyvanlarla dost olmağa meylli kimi tanınan American Curl cinsindən olan pişiklərin böyük qulaqları var.

 

American Keuda

American Keuda pişiklərini digər pişiklərdən ayıran ən önəmli məqam suda oynamağı və üzməyi sevməsidir. Bu pişiklər aktiv, cəld və ağıllı olurlar.

 

American Shorthair

Son dərəcə hərəkətli və ağıllı olan bu növ pişikləri yatarkən, müxtəlif hərəkətlər edərkən görün. American Shorthair cinsi pişikləri azadlığına çox düşkündürlər.

 

American Wirehair

Dinamik və mehriban xarakterli bu pişiklər vəhşi və sərt görünür. Oyun oynamağı son dərəcə sevərlər və yaxşı ovçudurlar.

 

Ankara pişiyi

Uzun müddət oxşanmaq və sığallanmağı sevən, səssiz xarakterli pişiklərdir. Uzun tükləri olan Ankara pişiklərinin özlərinə xas yerişi var. Bu pişiklər yeriyərkən quyruqlarını arxalarına doğru üfüqi şəkildə əyri halda yelləyirlər.

 

Australian Mist

Bu cins pişiklər mehriban, ağıllı, çevik, dinamik, sahibinə olduqca bağlı, qucaqda olmağı xoşlayan cinsdirlər. Tükləri çox qısa olduğu üçün daramağa ehtiyac yoxdur.

 

Balinese

Balinese cinsindən olan pişiklər insanlarla yaxın təmas qurmağa ehtiyac duyan, çox romantik pişiklərdir. Zəka səviyyələri də yüksək olan bu növlər tənha qalmağı sevirlər.

 

Bengal

Sahibinə həddən çox sevgi göstərən bu pişiklər ilk dəfə ev heyvanı sahibi olmaq istəyənlər üçün uğurlu seçimdir. Bengal cins pişiklərinin başı bədəninə nisbətən bir az uzun və kiçik görünür.

 

Birman

Səssiz, sahibinə bağlı, qucaqdan düşməyən, yaxşı xasiyyətli bu pişiklər baxımlı olmağı sevirlər. Son dərəcə enerjili və həssasdırlar. Bu irqin üz ifadəsi və gözləri olduqca diqqətçəkəndir və bu xüsusiyyətləri onu digər pişiklərdən ayırır.

 

Bombay

Qara rəngli bu pişiklər səssiz, bütün ailə üzvlərinə qarşı dostcanlı və həssasdırlar. Qulluq tələb etmirlər, həftədə bir dəfə daranmaları kifayətdir.

 

Brazilian Shorthair

Sahibinə sadiq olan bu pişiklər oynamağı sevən və mehribandırlar. Olduqca ağıllıdırlar. Asan öyrənirlər və ətrafa asanlıqla uyğunlaşırlar.

 

British Shorthair

Yumru sümük quruluşuna sahib bu növün dairəvi və güclü başı var. Alın qismi yumru olur. Bu cins pişiklər səssiz və sakitdir.

 

Burmese

Burmese cinsindən olan pişiklər insanlara çox sadiqdirlər. Bəzən çox aktivlikləri ilə seçilirlər. Oyun oynamağı və hərəkət etməyi sevirlər.

 

Burmilla

Ağıllı, oynamağı sevən, hərəkətli, həssas, itaətli, sahibinə bağlı olan bu pişiklər çox baxım tələb etmir.

 

California Spangled

Xarakter olaraq olduqca ağıllı, atletik, oynamağı sevən bu pişiklərin uzun və incə quruluşları var.

 

Chartreux

Uşaqlarla yaxşı dost olan Chartreux cinsinin yumşaq səs tonu var. Yumru böyük başları boyunları ilə birləşir. Üz xətləri geniş və yumşaqdır. Güclü və dolğun bir çənəyə sahibdirlər.

 

Chinchilla

Chinchilla cinsi pişikləri sadiq, sevgisini bildirən, itaətli, sakitdirlər. Uzun tükləri olan bu pişiklər olduqca baxım tələb edir.

 

Colorpoint Shorthair

Hərəkətli olan bu cinslər sahibiylə birlikdə əylənməyi, oyun oynamağı sevir. Ağıllı və məntiqlidirlər. Sahiblərinə bağlıdırlar, ev mühitini sevirlər. Lakin digər pişik və itlərlə araları yaxşı olmur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir