sosial media

Profilimizdə “sürpriz” izləyicilər niyə peyda olur?

Baxış sayı: 478

Son zamanlar sosial şəbəkələr xüsusilə də “İnstaqram” istifadəçilərinin profillərində izləmədikləri halda  avtomatik olaraq türk və digər xarici səhifələrin paylaşımlarının görünməsindən,  izləyicilər siyahısına düşməsindən narahat olublar.

 

Maraqlıdır, bəs bu cür “çağırılmamış qonaqlar” profilimizə necə daxil olur?

Sosial media mütəxəssisi Orxan Rzayev sözügedən məsələ ilə bağlı  bildirir ki,  insanlar müxtəlif mobil tətbiqlər yükləyirlər. Hansı ki,  kimlər profilinizə baxmasını, hekayə bölümünüz neçə dəfə izlənilib onu göstərən mobil tətbiqlər olur. İnsanlar həmin tətbiqə qoşulanda avtomatik olaraq həmin tətbiqlərə öz hesablarına  giriş etmək imkanı verirlər. Beləliklə də o cür tətbiqlər bu tipli profilləri müxtəlif məqsədlər üçün istifadə edə bilirlər, həmçinin müxtəlif şəxslərə, şirkətlərə ödənişli izləyici  satırlar.  Ona görə də həmin izləyicilərin siyahısında siz də olursunuz.

Orxan Rzayev

Həmsöhbətimiz əlavə edir ki, bu cür tətbiqlər arasında türklərin hazırladığı tətbiqlər çoxluq təşkil edir. Ona görə də sürpriz izləyiciləriniz arasında türkləri daha çox görəcəksiniz.  Mövcud neqativ halın qarşısını almaq üçün bu kimi proqramlardan uzaq durmaq lazımdır.  Çünki əksəriyyəti aldadıcı və yaxud da hansısa bir xidmət təklif edirsə qarşılığında sizin profilinizdən sui-istifadə edir, icazəsiz müxtəlif profilləri izləyir. Ona görə bu kimi mobil tətbiqlərdən mümkün qədər uzaq durmaq lazımdır. Bu sizin şifrənizin oğurlanmasına, hesabınızın blok olunmasına da gətirib çıxara bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir