Prostat

Prostat böyüməsini necə müalicə etmək olar?

Baxış sayı: 2. 847

Prostat vəzisi ilə şikayətlər payız, qış fəslində özün daha çox özünü göstərir. Çünki soyuq çəkən orqanlardan biri də prostat vəzidir. Soyuq aylarda bu vəzdə iltihablanma daha çox baş verir. Bu xəstəlik zamanı qidalanmaya xüsusi diqqət etmək lazımdır. Əsasən açılı, turşulu, ədviyyatlı, mayalı qidalar yeməmək məsləhətdir.

Adətən bu xəsətlik irsi xəstəliklər sırasına daxildir. Yaxın qohumlarda belə xəsətlik varsa, 40 yaşında androloqla məsləhətləşərək qandan və ultrason müayinələrdən keçmək lazımdır.

Xəsətlik sidik ifrazı çətinliyindən başlaya və şiddətlənə bilər. Həmçinin tez-yez sidik və ifrazat zamanı çətinliklər ortaya çıxır. Həmçinin gecə sidiyə çıxmaların da sayı artır. Bu problemə diqqətsiz yanaşılarsa, böyrək çatışmazlığı ilə sonlana bilər.

Bu tip xəstəliklər dərmanla müalicə edilir, yaxud da əməliiyat olunur. Əvvəllər açıq əməliiyatlar olunurdusa, bu gün lazerlə həyata keçirilir. Lakin buna təbii vasitələrlə və idmanla da kömək etmək olar. Dəniz məhsulları, kətan toxumu və yağı, balqabaq tumu və yağı çox effeklidir.
“Kişi problemlərindən” azad olunmağın ən yaxşı dərmanı idmandır. Hərəkət edəndə qan dövranı yaxşılaşır, prostat vəzinin maddələr mübadiləsi yüksəlir. İdman məşğələləri zamanı qarındaxili təzyiq də dəyişir və bu sidik ifrazına müsbət təsir göstərir. Aşağıda göstərilən idman hərəkətləri nəinki prostatit zamanı, həmçinin böyrək ləyənciklərinin, sidik kisəsinin iltihabı zamanı, çox faydalıdır.

Prostatitə aid müalicəvi gimnastika

1. Oturarkən, əllər hər budun üstündə önə- arxaya hərəkət etmək.  Bud nahiyəsində, 6-7 dəfə təkrar edilir.
2. Çıxış vəziyyət «farağat» – duruşu (стойка «смирно»), bədəni sağa və sola əymək 5-8 dəfə təkrar edilir.
3. Uzanaraq, əlləri bədən boyunca uzatmaq .Ayaqları yığaraq sinəyə qarşı sıxmaq . 7-10 dəfə təkrar edilir.
4. Uzanaraq, bir əl qarın, o biri əl isə sinə üzərində. Əllərin nəzarəti altında dərin nəfəs almaq.  6 -7 dəfə təkrar edilir.
5. Çıxış vəziyyət «farağat» – duruşu. Əllər bud nahiyəsində. Əlləri qabağa uzadaraq əyilib – durmaq 7-10 dəfə təkrar edilir.
6. Dayanaraq, əlləri başın arxa tərəfinə qoymaq. Barmaqları bir-birinə ilişdirərək yuxarı qaldırmaq. Əllərin içi yuxarı yönəlib. 6-7 dəfə təkrar edilir.

7. Dayanaraq, əllər çiyinlərin səviyyəsində. Əlləri döşəməyə toxunduraraq əyilmək. Dizlər bükülmür. 6-8 dəfə təkrar edilir.
8. Dayanaraq, əllər bud nahiyəsində. Sağ və sol ayaqları arxaya çəkib, növbə ilə sirkələmək. 5 dəfə təkrar etmək




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir