Son dövrlərdə qadınların daha çox fəaliyyətlə, əməklə məşğul olması onların kişi roluna keçmələrinə səbəb olur.
Kişirolu(psixikası) necə olur? – Sərt, qoruyucu, qadına nisbətən dar düşüncəli, qısqanc, çox pul qazanmaq üçün çox işləyən, gec yorulan;
Qadın rolu(psixikası) necə olur? – Səmimi, nəzakətli, geniş və yaradıcı düşüncəli, səbirli, kişiyə nisbətən daha tez yorulan.
Rolların dəyişməsinə səbəblərdən biri qızların azad gəzmək, əylənmək, bəzənmək, alış-veriş etmək, dostlarla vaxt keçirtmək üçün işləməli, əməklə məşğul olmaları düşüncələrinə sahib olmalarıdır. Bu düşüncə isə cəmiyyətin yanlış inanclarından əmələ gəlmişdir.
Məsələn, «azad gəzən, əylənən qız qeyri-əxlaqidir» yanlış inancı kimi. Bu cür yanlış inancların təsirinə əsasən problemlərdən qaçmaq üçün qadınlar əməklə daha çox məşğul olub çoxlu pul qazanıb özləri öz ehtiyaclarını ödəyərək öz qadın ruhlarını hiss etmədən yaşamağa vərdiş edirlər.
Bu hallar zamanı isə kişilər də qadınların daha çox işlədiyini görüb öz əmək qabiliyyətlərini tədricən unutmağa, tənbəllik xüsusiyyətini mənimsəyərək hazır və rahat həyat tərzini seçməyi qərara alırlar.
Belə olduğu halda isə qadın bədənində olan insanların ruhu kişi, kişi bədənində olan insanların ruhu isə qadın olaraq cəmiyyətdə şəxslərarası münasibətlərdə bir çox psixoloji problemlər yaranır.
Sağlam ruhda olan qadın və kişi rollarında isə qadınlar yaradıcılıqlarından istifadə edərək kişiləri əməyə cəlb edərək xoşbəxt yaşayırlar.
Qadın və kişi psixikasının yerdəyişməsində digər səbəblərdən biri də oğlan uşaqlarının daha çox əzizlənməsi, qız uşaqlarının isə daha az və ya əzizlənməməsi, “kişi kimi qız” ifadəsinin təsirilə yetişdirilmələridir.
Oğlan uşaqlarınınöz psixikalarına uyğun olaraq sağlam ruhda yetişmələri üçün səmimi ünsiyyət və daha çox əmək fəaliyyətinə cəlb edilməkləri mühümdür. Əksi olduqda, yəni daha çox əzizləndikdə gələcəkdə özünü əzgin, tənbəl, passiv hiss edir , kişilik xüsusiyyətini təsdiq etməkdə çətinlik çəkir, əzilir.
Qız uşaqlarının psixikası isə qorunmağa, sığınmağa, daha çox əzizlənməyə ehtiyac duyur, bunun əksi olduqda isə yəni bu ehtiyacları ödənmədikdə oğlanlaşır, gələcəkdə isə kişi ruhunda olan, yüklənmiş qadın olur.
Klinik psixoloq Mailə Əzizli
Təşəkkur edirəm ,maarifflendirdiyiniz uchun
Təşəkkürlər gözəl bilgiləriniz üçün
Çox sağ olun
Canım Mailə xanım gözəl pisixoloüumuz deyerli insan çox razıyam çox matiflendirirsiz bizi
Çox sağ olun
Çox gözəl marifləndirirsiz bizləri
Həm elmi, həm də səmimi yanaşma ilə yazılmış dəyərli bir məqalə. Özünü və qarşı cinsi daha yaxşı anlamaq istəyənlər üçün oxumağa dəyər.
Çox incə məqamlara toxunmusunuz, təşəkkürlər 👍