yumurta

Səhər yumurta yemək ölüm riskini artırır – XƏBƏRDARLIQ

Baxış sayı: 146

Çindən olan alimlər, müntəzəm yumurta istifadəsinin ölüm riskini əhəmiyyətli dərəcədə artıra biləcəyini xəbərdar edirlər.

Mütəxəssislər, 500 min insanın qatıldığı ABŞ-dan olan alimlərin sorğusunu təhlil etilbər.

Tədqiqatın gedişində 1990-cı illərin ortalarında insanların qida payı araşdırılıb. 16 il sonra, 129.3 min sorğu iştirakçısının artıq həyatda olmadığını öyrənən elm adamları yenidən araşdırmalarına müraciət ediblər. Onların bir çoxunun tez-tez yumurta yediyi qeyd olunur.

Tədqiqatçılar, yeməyin yağ və xolesterolla zəngin olduğunu, bunun infarkt riskini və bir çox sağlamlıq problemini artıra biləcəyini qeyd edirlər. Bu baxımdan yumurtaların, xüsusilə də sarısının tez-tez istifadəsindən imtina etməyi tövsiyə edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir