sevgi-ayriliq

Sevgililər gününü sevgilisiz keçirənlər üçün psixoloq tövsiyəsi

Baxış sayı: 1. 529

Hər il fevralın ortalarına doğru cəmiyyətdə bir canlanma yaranır. Hədiyyə və gül mağazalarının bəxtinə “gün doğur”. Gənclər 14 fevralı Sevgililər günü kimi qeyd etsələr də, orta nəslin nümayəndələri bu günü qəbul etmirlər.

Bu gün tənha qalanlar da olur. Ətrafda, sosial şəbəkələrdə hamının sevgilisi ilə fotosunu paylaşması, hədiyyələrinin şəkillərini bölüşməsi tənha insanların psixologiyasına təsir edir, hətta depressiyaya düşməsinə səbəb olur.

Sevgilisi olmayan, tənha insanlar Sevgililər günündə nə etsinlər?

“Sizə xaricdən heç nə təsir etmir. Yeni informasiya sizin ancaq gözləntiləriniz və özünüzü qiymətləndirmənizi dəyişir. Gözləntiləri və qiymətləndirməni bir kənara qoyun. Gün adi gündür. Bu həqiqəti unutmayın”, – deyə mövzuyla bağlı müracət etdiyimiz psixoloq M.Almara Ağa qızı bildirdi.

Almara Melikova

Mütəxəssis bayram kontekstinin – sosial media yazılarının, reklamların, ətrafda əllərində çiçəklər və hədiyyələr olan insanların olmasının “Sevgililər Günü”nə tamamilə məhəl qoymamağa mane olduğunu vurğulayır.

Psixoloq tənha adamları bu kontestdə yüklənməməyə və bayramı sevdikləri ilə keçirənlərə həsəd aparmamağa ,diqqət etməməyə çağırır. Bəlkə də “14 fevral sevgi göstərmək üçün gözəl fürsətdir. Bəzi insanların səbəbə ehtiyacı yoxdur, bəzilərinə isə bu mane olmur. Ancaq unutmayın ki, mütləq diqqət əlamətinə ehtiyac duyan biri var: bu, insanın özüdür! Həmin gün özünüzlə romantika təşkil edin – bir hədiyyə seçin, əvvəllər pul xərcləməyə heyifsiləndiyiniz bir şeyi özünüzə icazə verin”, – deyə mütəxəssis qeyd edir.

Almara xanım  həmçinin istirahət, ləzzətli yemək və xoş bir hadisə ilə insanın özünü sevindirməyi (məsələn, əyləndirən konserte getneyi və ya sevdiyi filmə baxmağı) məsləhət görür.

Qloballaşdığımıza görə, bu tarix çox şişildirilib və istər-istəməz gənclər bu gündən maksimum dərəcədə istifadə etməyə çalışırlar. Amma orta yaşın nümayəndələri bu günə o qədər də çox əhəmiyyət vermirlər. Sevib-sevilmək hər gün olmalıdır. Sevgi paylaşdıqca çoxalır”, – deyə psixoloq bildirir.

Psixoloq Sevgililər Günü ərəfəsində subaylar üçün tövsiyələr verməyi də unutmadı: “Əgər münasibətdə olduğunuz biri yoxdursa və ətrafınızdakı hər kəs sevgidən dəm vurusa, nə etməlisiniz? Birincisi, tək olduğunuz üçün özünüzü qınamayın. Yalnız olmaq yaxşıdır. Biz bu dünyaya tək gəlirik və eyni yolla gedirik. Deməli, hər şey qaydasındadır”.

İkincisi, ekspert münasibətləri kulta çevirməməyi, münasibətlərin və yaxınlığın eyni şey olmadığını xatırlamağı məsləhət görür:

“Məsələn, bir cütlük ola, ancaq tərəf müqabilinizdən istilik hiss etməyə bilərsiniz. Subay insanlar bəzən eyni dostlardan daha çox dəstək və anlayış alırlar”.

M.Almara Ağa qızı həmin gün ruhdan düşməmək üçün subay dostları ilə görüşüb beraber  zamanı dəyərləndirməyi de məsləhət bilir. Başqa bir seçim “özünüzlə görüşmək”dir. Bu masaj, kinoteatrda yeni filmlərə baxmaq, sevdiyiniz restoranda şam yeməyi ola bilər.

“Ən macəralı seçim Sevgililər Günündə səyahətə çıxmaqdır. Yeni yerləri ziyarət etdikdə, başqa şəhərləri və ölkələri kəşf etdikdə sadəcə olaraq kədərlənməyə vaxtımız olmur. 14 fevral bütün dünyaya aşiq olmaq üçün əla fürsətdir”, – deyə mütəxəssis məsləhət görür.

 

Təqdim etdi: Uğur




5 şərh “Sevgililər gününü sevgilisiz keçirənlər üçün psixoloq tövsiyəsi

  1. Səriyyə

    Sevginin əslində günü varsa, o zaman burada səmimiyyət olmaz. Bu, hər gün, hər an, hər saniyə insanın daxilində, ruhunda, düşüncəsində olmalıdır.

    Cavabla
  2. Amil X

    Çox insan bu əlamətdar günün Azərbaycanda qeyd olunmadığını düşünsə də, yetərincə qeyd edən insan var. 14 Fevral, əsasən, evli olmayan cütlüklər üçün nəzərdə tutulub. Lakin həmin gün hər kəs həyat yoldaşından da hədiyyə gözləyir. Azərbaycan kişiləri də bu günü qeyd etməyə vərdiş olublar. 14 Fevral artıq çox aktuallaşdırılıb və həmin günə özəl xüsusi kampaniyaların təşkil olunması da günün özəlliyindən xəbər verir

    Cavabla
  3. Nəzrin Anar

    Bəzən mövzuya “evliliyin başladığı yerdə sevgi bitir” – düşüncəsi ilə yanaşanlara rast gəlirik. Belə düşünürsənsə, o zaman sən özünə hörmət etmirsən və sən özün-özünə xəyanət edirsən. “Evlilik başlayan gün sevgi bitər” düşüncəsi tamamilə yanlışdır. Əksinə, evliliyin başladığı gün böyük sevgi başlayır

    Cavabla
  4. Nihad Səlimov

    Sevgililer gunu hami ucun problemdi. Olmayanlar niyə yoxdu deye derd cekir, olanlar da nə alsin deye dusunur )

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir