Pervin Bagirova

Sosial fobiya ilə mübarizə: Nələri bilməliyik?

Baxış sayı: 823

Sosial fobiya insanın ictimai vəziyyətlərdə digər insanlar tərəfindən qiymətləndirməkdən və ya rədd edilməkdən qorxduğu psixoloji bir haldır. Bu vəziyyət gündəlik həyatı, iş fəaliyyətini, təhsil imkanlarını və şəxsi münasibətləri ciddi şəkildə məhdudlaşdıra bilər.

 

Sosial fobiyanın əlamətləri:

1) Üzün qızarması

2) Tərləmə qorxusu

3) Əllərin əsməsi

4) Ürəkbulanma

5) Qeyri-iradi sidik ifrazı

 

Tanımadığı insanlarla söhbətdən yayınmaq

İctimai yerlərdən və tədbirlərdən uzaq durmaq

Göz təmasından çəkinmək

 

Sosial fobiyanın risk amilləri:

1) Təşviş pozuntusunun irsiyyətlə ağırlaşması

2) Ailədə tərbiyə şərtləri — valideynlər tərəfindən kifayət qədər olmayan dəstək və ya həddindən artıq himayədarlıq, ailələrdə siblinq rəqabəti, valideynlərin ayrılması

3) Fiziki və həmyaşıdları tərəfindən qəbul edilməmək və əl salınma da daxil olmaqla keçirilən psixotravmalar

4) Həddindən artıq yüksək sosial tələblər, xüsusi istedadlı uşaqlar üçün məktəbə yazılmaq və s.

 

Sosial fobiya haqqında danışarkən bir çox məqamları qabartmaq lazımdır. Sosial fobiya adi utancaqlıqdan fərqli olaraq, şəxsin gündəlik fəaliyyətinə, sosial əlaqələrinə ciddi təsir göstərən bir xəstəlikdir. Sosial fobiya uşaqlarda, böyüklər və ya həmyaşıdları ilə ünsiyyətdən narahatlıq, ağlamaq, əsəbilik, valideynlərə yapışmaq, danışmaqdan imtina etməklə özünü göstərə bilər. Adətən, yeniyetməlik illərində başlayan ümumi bir problemdir. Bu, sizdə çox narahatlıq yarada bilər və həyatınıza böyük təsir göstərə bilər. Bəzi insanlar üçün yaşlandıqca yaxşılaşır. Ancaq bir çox insanlar üçün müalicə olmadan öz-özünə keçmir.

Sosial fobiyası olan insanlar çox vaxt özünəqapanıq olurlar. Müşahidə olunan simptomların böyük bir hissəsi nitqlə bağlıdır. Sosial fobiyası olan insanlar hiss etdikləri narahatlıq səbəbindən sakit və ya daha az danışa bilərlər. Bir iltifat aldıqda, onu səsizcə rədd edə, qısa ehtiyatlı cavablar verə bilərlər. Mövzudan asılı olmayaraq, onlar öz fikirlərini aydın ifadə edə bilmirlər. Onlar başqalarına təsir edəcək qərarlar verməkdə tərəddüd edərək narahat və qapalı hiss edə bilərlər. İstənilən mühitdə diqqət mərkəzində olmağı sevməzlər.

Sosial fobiya stabil gedişə malikdir. Bir il ərzində 27% xəstə bu psixi pozuntudan sağalır. Əgər sizdə sadaladığım əlamətləri özünüzdə müşahidə edirsinizsə, o zaman mütəxəssis dəstəyi almağınız mütləqdir. Vaxtında olunan müdaxilə hər zaman gözəl nəticələnir. Sosial fobiya siz deyilsiniz. O, sadəcə beyninizin yaratdığı bir qorxudur. Və onu dəyişmək mümkündür. Özünüzü və övladlarınızı qoruyun.

 

Psixoloq Pərvin Bağırova




7 şərh “Sosial fobiya ilə mübarizə: Nələri bilməliyik?

  1. Vəfadar

    Bu məqaləni oxuyanda sosial fobiyanın nə qədər ciddi bir problem olduğunu daha yaxşı anladım. Həm uşaqlar, həm də böyüklər üçün ciddi təsirə malik ola bilən bir haldır. Mənim də bəzi dostlarımda belə şeylər olub, birinin üzündə qızarmalar, hətta birinə heç vaxt yaxınlaşa bilməmək… İnsanın özü ilə barışması çətin ola bilir. Həqiqətən, kömək almaq önəmlidir, özünə yüklənib qapanmaq olmaz.

    Cavabla
  2. Arifə Hüseyn

    Məncə, bu haqda daha çox danışılmalı, təkcə xəstələr deyil, cəmiyyətin özü də daha çox məlumatlı olmalı. Təəssüf ki, hələ də bəzi insanlar bunu “utancaqlıq” kimi qəbul edir və bunun arxasında hansısa ciddi bir şeyin olduğunu anlamırlar. Çox önəmli mövzuya toxunmusunuz!

    Cavabla
  3. Əvəz

    Sosial fobiya ilə bağlı çox faydalı yazıdır, təşəkkürlər. Özündə belə şeylər hiss edənlər bəzən daha çox sıxılırlar, çünki kiməsə açılmaq istəmirlər. Bəzən özümdə də hiss etmişəm, amma zamanla yaxşılaşıram, sadəcə işlərimi təkbaşına həll etməyə çalışıram. Bu tip mövzuların daha çox müzakirə olunması cəmiyyət üçün çox faydalıdır.

    Cavabla
  4. Ruslan

    Məncə, bu yazıda həm də bəzi valideynlərin öz övladlarına doğru yanaşmalarının necə əhəmiyyətli olduğunu göstərirsiniz. Bəzən çox qorxulu vəziyyətlər yaradırlar, təkcə uşaqları ilə yox, həm də çevrələri ilə düzgün əlaqə qura bilmirlər. Müalicə zamanı isə bu məsələlərə diqqət etmək lazımdır.

    Cavabla
  5. Məsudə Çərkəz

    Məqalədə çox yaxşı bir məqama toxunulub. Sosial fobiya yalnız insanın özünə qarşı hiss etdiyi bir şey deyil, başqa insanlara qarşı da özünü göstərir. İnsanın həqiqətən qapanması, bir çox şeydən qorxması mümkündür. Düşünürəm ki, bu yazı oxuyan hər kəs özündə bəzi əlamətləri hiss edirsə, mütəxəssis dəstəyini çəkinmədən almalıdır.

    Cavabla
  6. Ülviyyə Həsənzadə

    Sosial fobiya barədə çox yaxşı izah edilib. Mənim də belə bir dostum var, hətta bəzi tədbirlərdən qaçır, insanlarla çox danışmır. Onun üçün bu mövzu çox əhəmiyyətlidir, ona görə də mənə çox maraqlı gəldi. Düşünürəm ki, cəmiyyət olaraq, biz buna qarşı daha açıq fikirlə yanaşmalıyıq, əks halda problem daha da böyüyəcək.

    Cavabla

Vəfadar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir