sudlu plov

Südlü plov necə hazırlanır?

Baxış sayı: 537

Tərkibi:

1 kq düyü

2 l süd

duz

zəfəran

100 q kişmiş

100 q xurma

350 q kərə yağı

bal, qaymaq – zövqə görə

 

Hazırlanması:

Südlü plov ətsiz, yalnız südlə bişirilir.

Düyünü təmizləyin, xırdası çoxdursa, aşsüzəndən keçirin. Bütöv düyünü isti suda təmiz yuyun. Bir hissə düyüyə iki hissə süd götürün. Süd qaynadıqdan sonra içinə düyünü tökün, qarışdırın, bir az duz vurun. Rəngi saralanadək zəfəran tökün. Yenə qarışdırın. Düyü bişənə yaxın içinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökün, ehtiyatla qarışdırın. Düyü yumşalıb, südü çəkilibsə, dəmə qoyun. Başqa bir qazanda kərə yağını dağ edin, dibinə qazmaq qoyun, süddə bişmiş düyünü qazmağın üstünə töküb yağlayın, dəmləyin. İri buludlara çəkin. Südlüplov adətən bal və qaymaqla yeyilir.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir