Qunru Eyvazova

Süni uşaq qidalarının reklamı qadağandırmı? - "VƏKİL BÜROSU"

Baxış sayı: 377

Anaları süni qidalanma lehinə ana südü ilə qidalandırmadan imtina etməyə təşviq edən mühüm amil ana südü əvəzedicilərinin reklamı, həmçinin bəzi istehsalçılar və pərakəndə satıcılar tərəfindən həyata keçirilən marketinq fəaliyyətləridir.

Süni uşaq qidalarının reklamı barədə məsələ Azərbaycan Respublikasında müxtəlif qanunvericiliyində tövsif edilir.

Məsələn “Reklam haqqında” və “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunları kimi normativ aktlarda tənzimlənir. Konkret olaraq:

“Reklam haqqında” Qanun (Maddə 30): Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında aşağıdakılar qadağandır:

– bu məhsulların ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmasının üstünlükləri barədə məlumat vermək;

– bu məhsullar barədə reklamı hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlamaq.

“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununda da bu məsələ öz əksini tapir. (Maddə 7.5. və 7.6.)

Belə ki, süni qida məhsullarının Azərbaycan Respublikasına üçüncü ölkədən idxalı qadağandır. Qanunun tələblərinə cavab verməyən süni qida məhsulunun istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır. Həmçinin, həmin qanunun 8.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunmuş süni qida məhsullarının idxal sağlamlıq aktı olmadan dövriyyəsi qadağandır.

 

Bəs bu reklama hansı məhdudiyyət mövcuddur?

Yuxarıda göstərilən maddədə qeyd edilir ki, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır. Bioloji aktiv qida məhsullarının, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının tərkibi barədə məlumatlar, tədris və elmi xarakterli materiallar elmi mətnlə məhdudlaşdırılmalı, tibbi və uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdə verilməlidir. Bioloji aktiv qida məhsullarının, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır. Bioloji aktiv qida məhsullarının, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının sifarişçisi reklam istehsalçısının və reklam yayıcısının tələbi ilə həmin məhsulların mənşə sertifikatının, idxal olunmuş qida məhsullarının idxal sağlamlıq aktının, qida zənciri subyektlərinin (obyektlərinin) qeydiyyatına və ya təsdiqinə dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın, istifadəsinə dair təlimatın, bu təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətini təqdim edir.

Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təklif etdiyi Uşaq Qidalanması Marketinqi üzrə Beynəlxalq Məcəllə də bu cür qidaların reklamına qarşı çıxır.

 

Vəkillər Kollegiyasının üzvü, Vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir