Jale Samilova

Toksik ailə mühitinin psixoloji təsirləri

Baxış sayı: 433

Ailə – insanın ilk sosial məktəbidir. Biz orada sevməyi, paylaşmağı, sərhədləri və hörməti öyrənirik.

Amma bəzən ailə mühiti insanın güc mənbəyi deyil, emosional ağrı mənbəyinə çevrilir.

Sürekli tənqid, laqeydlik, təzyiq və manipulyasiya ilə dolu münasibətlər toksik ailə mühiti adlanır.

Bu cür mühit təkcə bir üzvü deyil, bütün ailə sistemini zəhərləyir.

 

Toksik ailə nədir?

Toksik ailə — sevgi və dəstək əvəzinə idarəetmə, qorxu və günah hissi üzərində qurulan ailə modelidir.

Burada:

-Emosiyalar ifadə edilmir,

-Fərqliliklər qəbul edilmir,

-Tənqid və müqayisə normal sayılır,

-“Nə deyərlər?” qorxusu şəxsiyyətin üzərinə çəkilən zəncirə çevrilir.

-Bu cür ailələrdə uşaq sevilmək üçün “ideal olmaq” məcburiyyətində qalır və öz “mən”ini itirir.

 

Toksik münasibətlərin gizli formaları

Bəzən toksiklik açıq aqressiya ilə deyil, incə manipulyasiyalarla özünü göstərir:

“Mən sənin yerinə hər şeyi etmişəm, sən də mənim dediyimi et.”

“Sən mənim xətrimə dəyirsən.”

“Sən olmasaydın, mən xoşbəxt olardım.”

Bu cür cümlələr uşaqda və ya ailə üzvündə günahkarlıq, qorxu və özünə dəyərsizlik hissi yaradır.

 

Psixoloji nəticələr:

-Toksik ailədə böyüyən və ya yaşayan insanlarda uzunmüddətli təsirlər müşahidə olunur:

-Aşağı özünəqiymət və daim başqalarını razı salma istəyi

-Emosiyaları ifadə etməkdə çətinlik

-Qərar verməkdə tərəddüd

-Sosial narahatlıq və yaxın münasibətlərdən qorxu

-Daxili tənqidçi səsin çoxalması: “Mən kifayət qədər yaxşı deyiləm”

Bu hallar zamanla depressiya, anksiyete və münasibət qorxusu kimi problemlərə çevrilə bilər.

f2b6e7bd-8f18-4e1a-8b46-fa953a1f859f

Toksik dairədən çıxış yolları:

1) Şüurlanmaq Problemin adını çəkmək artıq sağalmanın başlanğıcıdır.

2) Sərhədlər qoymaq “Yox” deməyi öyrənmək və şəxsi məkanı qorumaq.

3) Özünü dəyərləndirməyi bərpa etməkkimliyini başqalarının təsdiqinə bağlamamaq.

4) Peşəkar dəstək almaq psixoloqla işləmək toksik təsirləri anlamağa və dəyişməyə kömək edir.

5) Sağlam mühit qurmaq sevgi, hörmət və açıq ünsiyyətə əsaslanan yeni münasibətlər yaratmaq.

 

Nəticə

Toksik ailə mühiti bir insanın uşaqlığını, gəncliyini, hətta gələcək ailəsini belə təsirləndirə bilər.

Amma bu zənciri qırmaq mümkündür.

Unutmaq olmaz ki, sevgi ağrı deyil, azadlıq hissi yaratmalıdır.

Hər kəs sevgi, dəyər və sakitlik dolu bir ailə mühitinə layiqdir.

 

Jalə Şamilova

20 nömrəli məktəb-liseyin psixoloqu 




2 şərh “Toksik ailə mühitinin psixoloji təsirləri

  1. Aytəkin Məhərrəmova

    Çox aktual mövzudur. Təşəkkür edirəm. Məncə hal hazırda bir çox aileler bu tip ailelerdir. Faydalı olacağına inanıram

    Cavabla

Sema üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir