Qonce Nebizade

Uşaqlarda yay qripi (Viral Gastroenterit) haqqında bilmədikləriniz

Baxış sayı: 1. 616

Yay aylarında uşaqlarda qusma və ishal ilə müşayiət olunan “yay qripi” kimi tanınan viral gastroenterit, çox rast gəlinən və bulaşıcı bir bağırsaq infeksiyasıdır. Bu vəziyyət həm uşaqlar, həm də valideynlər üçün çətin keçə bilər, lakin düzgün qulluq və vaxtında tibbi müdaxilə ilə əksər hallarda yüngül keçir.

 

Yay aylarında uşaqlarda viral gastroenteritə səbəb olan əsas viruslar bunlardır:

Rotavirus

Norovirus

Adenovirus

Astrovirus

Bu virusların uşaqlara yoluxmasının əsas səbəbləri əsasən çirklənmiş su və qida qəbulu, əllərin yuyulmaması və sair ola bilər. Başqa xəstə uşaqlarla yaxın təmas nəticəsində də yoluxma mümkündür.

Əksər hallarda simptomlar virus yoluxduqdan 1–3 gün sonra başlayır və əsasən:

Qusma (tez-tez və ya arada bir)

Sulu ishal (qoxulu və ya qoxusuz)

Qarın ağrısı və qaz

Hərarət (bəzən 38–39°C)

Halsızlıq və iştahasızlıqla özünü göstərir.

Uşaqlarda bəzən qızdırma ilə tərləmə və su itirmə (dehidratasiya) riski yüksəlir.

 

Dehidratasiya əlamətləri – Valideynlər bu simptomlara xüsusi diqqət yetirməlidir:

Dəridə quruluq, göz yaşının olmaması

Sidiyin azalması və ya tünd rəngdə olması

Uşağın çox yatması, halsızlıq

Ağız və dodaqlarda quruluq

Ağlama zamanı göz yaşı çıxmaması

 

Müalicə və qulluq:

Viral gastroenterit adətən öz-özünə keçici olsa da, müalicənin əsas məqsədi maye balansını qorumaqdır.

 

Ev şəraitində görüləcək tədbirlər əsasən bunlardır:

ORS (oral rehidrasiya məhlulu): apteklərdə satılan hazır tozlar və ya evdə duz-şəkərli su (1 litr su + 1 çay qaşığı duz + 8 çay qaşığı şəkər)

Bol maye: su, ayran, açıq çay

Yüngül qidalar: banan, düyü, alma püresi. Uşağın rahat və sərin yerdə istirahət etməsi mütləqdir

 

Qadağan edilən qida vasitələri isə:

Qazlı içkilər və meyvə suları

Süd və süd məhsulları (bəzi hallarda həzmi çətinləşdirə bilər)

Şirin və yağlı qidalar

Qusma və ishal 24–48 saatdan çox davam edirsə, uşaq heç nə içə bilmirsə və ya mayeni qusursa, tez-tez ishal + hərarət 39°C-dən yuxarıdırsa, ağızda və dəridə quruluq varsa, sidik çox azalıbsa və ya heç olmursa, təcili olaraq həkimə müraciət etmək lazımdır.

 

Xəstəlikdən qorunma yolları:

Əllərin tez-tez sabunla yuyulması

Uşaq əşyalarının (oyuncaq, butulka) təmiz saxlanması

Çirkli su və qidadan uzaq durmaq

Vaksinlər (xüsusilə rotavirus peyvəndi)

 

Unutmayın ki, uşaqlarda yay aylarında yaranan viral gastroenterit ciddi fəsadlara səbəb olmadan da keçə bilər, amma diqqətsiz yanaşma ağır nəticələrə yol aça bilər. Erkən tədbir görülməsi və düzgün qulluq uşağın tez sağalmasına kömək edəcəkdir.

 

Pediatr Qönçə Nəbizadə

(Mütəxəssislə 055 513 12 16 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)




9 şərh “Uşaqlarda yay qripi (Viral Gastroenterit) haqqında bilmədikləriniz

  1. Valide Memmedova

    Cox maraqli bir movzuya yer vermisiniz. Valideynleri bu fesilde narahat eden probleme toxundugunuz ucun minnetdaram

    Cavabla
  2. Çinarə Məhərrəmova

    yayda uşaqların tez-tez belə xəstəliklərə tutulması valideynlər üçün çətinlik yaradır. Mənim uşağımda da bu simptomlar olub, amma vaxtında həkimə müraciət etdik və müalicə çox yaxşı alındı. ORS də çox yaxşı kömək edir. Bütün valideynlərə bu barədə məlumatlı olmağı tövsiyə edirəm

    Cavabla
  3. Sevinc İkram

    Uşağımda da keçən yay bu cür xəstəlik olmuşdu, hərarəti yüksəlmişdi, bir neçə gün sonra isə əlləri qurumuşdu. Tez bir zamanda ORS hazırlayıb, bol su içirdik. Amma həkimə getmədən keçə bilmədik. Diqqətli olmaq lazımdır, xüsusən də su itirmə əlamətləri görünsə.

    Cavabla
  4. Adilə Orucova

    Uşaqların yayda tez-tez bu cür xəstəliklərlə üzləşməsi çox narahat edir. Ən yaxşısı əlləri tez-tez yumaq və qida ilə suya diqqət etməkdir. Mənim bacımın oğlu çox vaxt çirklənmiş su içir və çox narahat edici olur. Yazını oxuduqdan sonra evdəki gigiyenaya daha çox diqqət etməyə başlayacam yəqin ki.

    Cavabla
  5. Rəna Kərəmova

    Vacib məsələyə toxunduğunuz üçün çox sağolun doktor.Belə faydalı məlumatlar üçün təşəkkürlər.

    Cavabla
  6. Cahidə Kərəmova

    Dəyərli Qönçə Doktor Təki sizin kimi həkimlərin sayı çox olsaydı Uşaqlar heçdə xəstələnməzdi.

    Cavabla
  7. Kamilə Eyvazova

    Mənim uşağım da bir neçə il öncə bu yay qripinə tutulmuşdu. O zaman ORS və bol maye içirmək ən yaxşı çarə oldu. Amma qida məsələsində diqqətli olmaq lazımdır, çünki bəzən süd məhsulları həzm etməkdə çətinlik yaradır. Yazı çox gözəl açıqlayıb, təşəkkürlər!

    Cavabla
  8. Sevda Əyyubova

    Cox faydali yazidi. Hec bir valideynin evlatlari bu hala dusmesin. Yalniz vaxtinda muayine olmaqlidir, yoxsa dehidratasiya dagidici ola biler. Bizim evladin qusmasi ve ishalindan sonra ORS ile cok rahat oldu. Yazdiginiz bilgilere gore cabuk yaxsillandi.

    Cavabla

Rəna Kərəmova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir