telefon

Uşaqları telefonlardan necə uzaq tutaq? – PEDİATR YANAŞMASI

Baxış sayı: 510

Əvvəllər yalnız əlaqə yaratmaq üçün nəzərdə tutulan smartfonlar sonradan müxtəlif funksiyaları da yerinə yetirməyə başladı. Bu gün telefonlar artıq oyun oynamaq, elektron məktublaşma, sosial şəbəkələr üçün istifadə olunur. Düzdür, doğru istifadə edildiyi zaman bu heç də pis deyil, amma müasir telefonların yaratdığı problemlər yetərincədir. Məsələn, bu gün öz aktuallığını  itirməyən problemlərdən biri uşaqların erkən yaşlarda istifadəsinə başladıqları mobil telefon  aludəçiliyi və bunun onların gələcəyinə vurduğu  ziyanlardır.

Bəs görəsən, azyaşlıların smartfonlara bu qədər aludə olmasının günahkarı kimdir?

Zulfiyye Emrahova

Məsələyə münasibət bildirən pediatr Zülfiyyə Əmrahova deyir ki, bir yaşına qədər uşağın valideynə ehtiyacı olur və onlara tez-tez suallar verirlər: “Uşaqlar artıq özləri nəyisə açıb-bağlaya bildikdə, sual verməyə başlayırlar. Valideyn və ətrafdakılar da uşağı susdurmaq üçün telefon verirlər və uşaq susur. Bu cür hallarda uşaqlarda sosiallaşmada, yuxu rejimində problem yaranır”.

Yay tətili olduğundan uşaqların daha çox evdə olmasının da telefona meyllənmədə rol oynadığını qeyd edən pediatr bu haqda isə aşağıdakıları dilə gətirdi:”Tətil vaxtı övladlarımızı maraqlı özfəaliyyətlərə cəlb etmək lazımdır. Məktəblilərə isə maraqlı kitabları oxumağa sövq etmək lazımdır Kitabın insanın dünyagörüşünün, intellektual səviyyəsinin  inkişafında necə mühüm rolu olduğunu izah etmək lazımdır və mümkün qədər, sağlam gələcək naminə  uşaqları elə ilk yaşlardan  zərərli vərdişlərdən maksimum dərəcədə  qorumaq lazımdır” .

 

Hazırladı: Məsudə Sultan




4 şərh “Uşaqları telefonlardan necə uzaq tutaq? – PEDİATR YANAŞMASI

  1. Ayşən Adilova

    Hər hansı paltar və ya əşya almaq istəyəndə də saatlarla bəzən günlərlə araşdırırıq. Ən yaxşısının hansı olduğunu tapmağa çalışırıq. Meyvə-tərəvəz alarkən də seçirik, xüsusi həssaslıq göstəririk. Bəs uşaq dünyaya gətirməzdən öncə araşdırırıqmı? Onunla bağlı kitab oxuyuruqmu? Uşaqla ünsiyyət qaydalarıyla tanış oluruqmu? Əlbəttə yox, Amma əlinə telefonu rahatlıqla veririrk

    Cavabla
  2. Ənvər

    Mən bu saytı çoxdan izləyirəm, amma bu həkimi ilk dəfədir ekspert kimi görürəm

    Cavabla
  3. Orxan Quliyev

    Texnologiya asılılığında valideynlərin hər ikisi də mövzuya önəm verdiyi müddətdə yaxşı nəticələr əldə edə bilərlər. Telefonların, planşetlərin və s. kimi cihazların işlənməsini də özləri üçün disiplin halına gətirməlidirlər. Bununla yanaşı evdə əlavə fəaliyyətlər edilməlidir, hansı ki cihazlarla keçirdiyimiz vaxta öyrəşdiyimiz üçün arada yaranan boşluğu doldurmaq və ailəmizlə daha çox vaxt keçirmək üçün. Evdəki fəaliyyətləri elə bir hala gətirmək lazımdır ki, cihazlar sadəcə iş və çox vacib mesajlar və s. kimi şeylərdə istifadə olunsun, əyləncə üçün deyil.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir