internet

Virtual dünya tənhalığa aparır?

Baxış sayı: 434

Araşdırmalar nəticəsində sosial şəbəkələrdən istifadə edən insanların həyatında “sosial təcrid” tənhalıq psixologiyasının ortaya çıxdığı öyrənilib.

Tənhalıq siqnalına diqqət yetirin

Tənhalığın ümumi tərifində biz sosial təcrid anlayışını qavraya bilirik. Əslində, bu duyğu beyində idarə olunur və insanlar bu hissi mənfi və soyuqluq bəxş edən hiss kimi təsvir edirlər.

Təklik duyğusu mənəvi cəhətdən problemlərimizin olduğu haqqında gələn bildirişdir. Qəflətən baş verən hadisə ilə başlayan üzüntü  vecsizlik, dəyərsizlik, qərarsızlıq, əl-ayaq boşalmaları, titrəyişlər, tərləmə, faydasız hiss etmə və özünü idarə etmədə nəzarətin itirilməsi ilə nəticələnə bilər.

Virtual dünya çox təsir edir

İndiki vaxtda insanlar daxili dünyasını virtual mühitdə gizlədə bilirlər. Saxta dəstələr arasında təklik hissi ola bilər. İnsanlar xroniki olaraq maska geyinirlər. Maskası sayəsində ətrafına insanları toplaya bilir. Bir sosial mühitdə çox vaxt keçirirlər. Onlar, inanılmaz dərəcədə enerjilidirlər.

Bu şəxslər öz daxili dünyalarını mühakimə edirlər, daima narazı olurlar, məmnunluq hissləri məhdud olur. Maddiyyat və sosial status onlar üçün çox vacibdir. Beləliklə, onlar dəvətlərin heç birini qaçırmamağa çalışır, sosial mediada xoşbəxtlik hissləri yayırlar.

Yaxın münasibətdə olduqları insanlarla, hətta həyat yoldaşları ilə problemləri olsa belə, əks təəssürat verməyə çalışırlar. Bu yolla öz daxili dünyalarının çətinliklərini əks etdirməmək üçün əslində yanlış olan təhlükəsiz bir sahə açmağa çalışırlar. Onlar öz  daxili dünyalarındakı özləri ilə sülh şəraitində olmadıqları üçün onlar öz aləmlərində saxta şəxsiyyətlər yaradaraq yaratdıqları şəxsiyyətə inanırlar. Onlar yaşadıqları xaotik dövr artıq tək olduqlarını gizlətməməyə başlayanda çətinlik çəkməyə başlayacaqlar. Bu dövr özünü fəryad, qəzəb böhranı və onların ətraflarında olan insanları alçaltmaları kimi vəziyyətlərlə göstərməyə başlayacaq. Yaxın münasibətdə olduqları insanlardan getdikcə uzaqlaşmağa, onlardan təcrid olunmağa başlayacaqlar. Bu vəziyyət  narsistik və histrionik şəxsiyyət pozuqluğu olan xəstələrdə çox tez-tez müşahidə edilir. Qəzəbini idarə edə bilməmək, yəni anksiyet xəstəliyi və depressiya xəstələrində də bu hallar müşahidə edilir.

Ruhunuza rahatlıq gətirəcək təkliflər

*Özünüzə daha çox vaxt ayırın (məsələn, sakit bir kafedə kitab oxuyun və ya dənizə baxan bir kürsüdə oturun).

*Uzun müddət görüşmədiyiniz dostlarınızla görüşün.

*Fəaliyyətlərinizə dayandırdığınız yerdən davam edin (maraqlı bir kursa qatılmaq, kinoya getmək, teatra getmək).

*Erkən yatmaq və erkən oyanmaq.

*Başqaları ilə  münasibətlər zamanı daha nəzakətli, səliqəli olmaq və əlaqəni davam etdirmək.

*Özünüz üçün pis olduğunu düşündüyünüz və təzyiq altında hiss etdiyiniz insanların mənfi enerjisindən qaçmaq.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir