dilber behnenli

Xəyanətkar kişilər, pilgir xanımlar – “QƏBUL OTAĞI”

Baxış sayı: 640

Bəylər şikayətlənir ki, xanımlar pulgirdilər, xanımlar da şikayətlənir ki, bəylər xəyanətkardılar. Əksər bəy və xanımların dilindən bu cümlələri eşitmək mümkündür.

 

Üç tip bəy və xanım götürək:

1) Qayğı gözləyən, onun yerinə qərar verilməsinə və onu kiminsə idarə etməsinə icazə verən, eyni zamanda onu maddi təmin edilməsini istəyən, nazının kaprizinin çəkilməsini gözləyən tiplər

2) Daha çox qayğı verən, idarə edən, qadağa qoyan, onun dediklərinin edilməsini istəyən, hər şeyin öhdəsindən əksərən təkbaşına gələ biləcəyindən əmin tiplər

3) Nə idarə edilməyi,  nə idarə etməyi sevməyən, hər şeyi müştərək etməyi sevən, sevilmədiyi yerdə durmayan, qərar qəbul edərkən qarşı tərəfin də fikirlərini dinləyib məntiqli gəldiyi halda qəbul edən tiplər (bu tiplər çox azdır)

 

İndi gəlin bizim münasibətlərimizə baxaq:

1-ci tip xanımlar bizim əksər bəylərin sevdiyi xanım tipidir. Uşaqlıqdan bizə açılan kişinin sözü ilə oturub duran, nazlı xanımlardır. Və bu xanımlar 2-ci tip bəylərdən adətən xoşu gəlir, çünki idarə edilməyi nazının çəkilməsini çox sevir. Lakin maddi cəhətdən də idarəni kişiyə verir.

2-tip xanımlar 1-ci tip bəylərlə adətən münasibət qurur. Tabe edən tabe olan prinsipi təbiətin bir qanunudur. Və bu tip bəylər adətən özlərindən mövqecə, maddi cəhətdən yüksək bir xanımlarla münasibət qurub öz söz hüquqlarını itirirlər.

3-cü tip xanımlar isə 3-cü tip bəyləri axtardıqları üçün adətən yalnız qalırlar və ya sırf uşaq ailə xatirinə xoşbəxt olmayacaqları insanla ailə qururlar. Onlar güclü qadınlardır və heç vaxt heç kimə ehtiyacları olmur. Kişilər isə onlara ehtiyacları olan zəif xanımları sevir seçirlər əksər hallarda. 3-cü tip kişilər də həmçinin bu tip xanım axtarışında olub hər kəsə uşaq kimi yanaşıb uzaqlaşan şəxslər olur adətən. Çünki onlar yetkin xanım sevirlər.

Və onu da vurğulayım ki, 1-ci tip xanımlar və 2-ci tip bəylər daha çox xəyanətə meyilli olurlar. Çünki 1-ci tip xanımlar emosional və maddi olaraq onları təmin edəcək partnyoru olmadıqda xəyanət edə bilərlər. 2-ci tip bəylər isə kişi hər şey edər düşüncəsi ilə xanımını özündən asılı salıb kənarda başqa xanımlarla münasibət qururlar. Bizdə daha çox 1-ci tip xanım və 2-ci tip bəylər var. Ona görə xanımlar daha çox xəyanətdən, bəylər də daha çox xanımların pulgirliyindən şikayətlənirlər.

Niyə bizdə bu tiplər daha çoxdur. Çünkü uşaq vaxtından bizə aşılanan yalnış tərbiyə üslubları mövcuddur. Oğlanların uşaqlıqda özgüvənləri zədələnir, eyni zamanda da cəmiyyətdə kişiyə hərşey olar düşüncəsi onun zədələnən özgüvənini xəyanət edərək cinsi üsulla bərpa etməyə çalışmasına gətirib çıxarır. Çünki kişi olmaq üçün cinsiyyət orqanının olması kifayətdir düşüncəsi var şüuraltında. Uşaq dilini açan kimi cinsi orqanı ilə söyüş öyrədilməsi də buna ən böyük misaldır. Qadınlar isə kişisiz yaşamaq olmaz düşüncəsi ilə böyüdürülür. Qadın uğurlu olması üçün ərə getməlidir. İki qonşunun söhbətində belə filankəsin qızı bədbəxt oldu alan olmadı ifadələrində belə bunu görmək mümkündür. Ona görə də uşaq gözünü açandan qız uşağı dilli olmaz (alt düşüncədə dilli olsa alan olmaz), qız uşağı gülməz (alt düşüncədə qızın sevinməyə haqqı yoxdur). Və bu qızın xoşbəxt olmaq üçün onun alacaq bir oğlana ehtiyacı var və oğlanın da pulu olmalıdır.  Qız övladlarımıza elçi gələndə ancaq oğlanın evi, maşını varmı və s.soruşulur. Heç kim soruşmur ki, o oğlanın mərhəməti varmı? İnsanlığı varmı? Sakitdirsə deyirlər sakit oğlandır, qızdır filankəs. Necə yaxşı insandır. Sakit insan yaxşı deməkdirmi? Seri qatillər də sakit olur. Bir insanın mərhəmətini bilmək üçün heyvanlara rəftarına baxın. Ondan asılı olan və ya mövqecə aşağı insanlarla rəftarına baxın. Onları əzirsə, zərər verirsə, ilk fürsətdə sizi də əzəcək.

 

Psixoterapevt Dilbər Bəhmənli




2 şərh “Xəyanətkar kişilər, pilgir xanımlar – “QƏBUL OTAĞI”

  1. Səmayə Əlizadə

    Xəyanətkar kişilər və pilgir xanımlar o qədər artıb ki, bir çox ailələrdə ən azı bir tərəf ya pulgirdi, ya xəyanət edəndi

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir